“Gənclərimizə Meyxandan aşılanan İran və Xamneyi sevgisi
Elşən Xəzərin Ocaq Necat və Ərdəbilin İmam cüməsi Amilinin qarşısındaki mədhiyyələri…
Bildiyimiz kimi meyxana deyənlərin böyük əksəriyyəti toy məclislərində zaman-zaman meyxanalrında İranın ali dini rəhbəri Xamneyinin adinı səsləndirib onu mədh edirlər. Meyxanalarında İranı və dini rəhbərini ən cox təbliğ edən isə məhşur meyxanaci Elşən Xəzərdir.Meyxanaya rəğbəti olan gənclərimizdə bu tipli meyxanalarda xorla “Ləbbeykə Ya Xamneyi deyib”Elşən Xəzəri alqışlayırlar.Buda meyxana həvəskarı olan gənclərimizin beyninin zəhərlənməsi deməkdir.Əvvəllər söyüş ritorikasinda meyxanalar deyən Elşən Xəzər sonralar nədənsə birdən-birə dəyişməyə başlayır.O,tez-tez İranin Ərdəbil,Qum,Tehran şəhərlərində azərbaycanlıların yaxşi tanıdığı Ocaq Necat,daim minbərlərdən ölkəmizə atmacalar atan Ərdəbil şəhərinin imam cüməsi Amilinin hüzurunda mərsiyələr,mədhiyyələr,qəzəllər deməyə başlayır.Hətda yotube şəbəkəsindədə bu videolar mövcuddur.Onuda qeyd edim ki,Elşən Xəzər,qısa müddətdə İranın sevilən rozəxan,mərsiyyəxanına cevrilmişdir.
Biz şanlı qələbəmizdən sonra birdaha əmin olduğ ki,İran bizə hecdə Ermənistandan az düşmən deyil.Əksinə Ermənistan təkcə Qarabağa ərazi iddiasi etdiyi halda xain İran isə Azərbaycanimiza öz şimal əyaləti kimi baxmaqdadır.Biz İranin aciq düşmənciliyinə Qarabağda anti terror əməliyyatları zamanıda birdaha şahid olduğ.İranın Tehran şəhərində isə Azərbaycan səfirliyinə terror hücümu artiq dövlət olaraq bizi birdaha əmin etdi ki,İran bizə acıq düşməncilik etməkdə israrlıdır.
Belə olduğu halda İran və İran dini rəhbərini təbliğ edən istənilən vasitələr qadağan edilməlidir.Bu istər İranı və dini rəhbərini mədh edən mahnı,şer,meyxana,qəzəl istərsədə başqa bir təbliğat vasitəsi yaxudda sənət növü olsun.Artiq belə hallara yüngül,laqeyid yanaşmaq qətiyyən yolverilməzdir.
Bir vətəndaş olaraq hüquq muhafizə orqanlarının və digər aidiyyatı qurumların diqqətinə catdırmaq istəyirəm ki, Elşən Xəzər və digər belə şəxslərin İran ilə əlaqələri ciddi şəkildə araşdırılsın və onlara bu cür meyxanaların,şerlərin,qəzəllərin səsləndirilməsinə qadağa qoyulsun.Əks halda Elşən Xəzər kimi şəxslər gənclərimizin beyinlərini zəhərləməkdə davam edəcəklər.