Bu adam dəlidi, xəstədi, nədi?-bilmirəm. Ya da ki, özü-özünü dəliliyə vurub. Bilənlər- bilir. Bu adam 44 günlük müharibədən sonra Fb və İnstaqramda onlarla səhifə açıb başladı özünü ifrat reklam etdirməyə. Bu səhifələrdə özünə həsr olunmuş şer və poemalardan tutmuş, çəkilən kip və portretlərini təkrar-təkrar paylaşdı.
O vaxt buna etiraz etdim: "bir Prezident köməkçisinə belə işlər yaraşmır" dedim. Buna görə qəzəbləndi-məni işdən çıxartdırıdı, mətbuat və televiziyaya çıxışıma qadağa qoydu və.s Amma uzun çəkişmələrdən sonra nəhayət ki, həmin səhifələr bağlandı. Amma üstündən bir neçə ay keçəndən sonra Hacıyev "Tik-tok" da peyda oldu. Orada ki, ölkənin hətta az-çox tanınan adamları belə orada səhifə açmağı özünə ayıb bilirdi. Bu da gündəmə gətiriləndən sonra Hikmət "Tik-tok" hesabını da bağlayası oldu. Və Allah üzümüzə baxdı ki, bağladı. Çünki davam etsəydi bu ağılın yiyəsi başlayacaqdı "tik-tok"da uşaq-müşaqla "Batl" filan oynamağa.
Aradan yenə də bir müddət keçdi. Bu dəfə Hacıyevin sorağı uzaq Bişkekdən gəldi. Məlum oldu ki, sən demə "məllim" gizlincə özü haqda kitablar çap edirmiş. Özü də bioqrafik məzmunda və coxcildli formasında. Bu barədə bir neçə gün əvvəl qısaca anons paylaşdım. Veriləcək reaksiyalara baxmaq istədim. Amma bu dəfə "çoxbilmiş quş dimdiyindən tələyə düşmüşdü" deyə nə özündən, nə də ki, trolları tərəfindən cınqırları çıxmadı. Bəs nə baş verdi? O, oldu ki, bu "sekretni iş" həvalə olunmuş adamlardan biri "Yeni il" gecəsi "qradusu" aşdığından dolayı götürüb "Heydər Əliyevin 100 illiyi" ilə bağlı çapa hazırlanan kitabların fotosunu paylaşıb. Və bu sıradan da Hikmətin gizlincə çap etdirdiyi kitabın da fotosunu bilməyərəkdən yayınlayıb.
Bundan sonra aləm qatışıb biri-birinə. Həmin bu Nüsrət Məmmədov adlı (Bişkekədəki diasporanın rəhbəridi) şəxsin pişiyini divara dırmaşdırırlar. Paylaşım təcili səhifədən çıxardılır. "Bəraət" dalınca "bəraət" yazıları aləmi bürüyür. Və bu "bəraət"lərin özəyini təşkil edən məğzə diqqət yetirin: " kitabın üzərindəki foto və kitabın adı səhv gedib". Gülməlidir deyilmi? Yəni orfoqrafik və ya texniki xəta da yox aa.. "çapdan çıxmış kitabın adı və üzərindəki foto səhv gedibmiş". Və guya ki, bundan da heç kəsin xəbəri olmayıb. Hikmətin trollları isə susur. Çünki elə bir zibilin üstü açılıb ki, buna heç bir don geydirmək mümkün deyil. Axı meydana suallar çıxa bilər axı. Əvvəla bu da Fb və ya Tik-tok səhifəsi deyil ki, durub deyəsən ki, "məllim"in bundan xəbəri olmayıb. Çünki indiki çətin zamanda kim durub öz hesabına Hikmət Hacıyev haqda, ondan xəbərsiz, bahalı kitab çap etdirəsidir ki? Əvvəla hamıya məlumdur ki, Xarici siyasət kuratoru kimi xaricdə fəaliyyət göstərən Diaspora təşkilalarına da Hacıyev nəzarət edir. Və ondan xəbərsiz heç bir addımın atılması mümkünsüzdür. Digər bir sual da maraq doğurur. Görəsən bu kitab nədən uzaq Bişkekdə və rus dilində çap edilirmiş? Ən əsas məqam isə ondan ibarətdir ki, Heydər Əliyev və İlham Əliyev haqda kitablar bir cilddən ibarət olduğu halda, Hikmət Hacıyev haqda külliyat nəzərdə tutulubmuş.
Belə ki, kitabın adı- " Hikmət Hacıyev. XİN-nin mətbuat xidməti rəhbərliyindən - Prezidentin köməkçisinədək" və üzərinə yazılmış "1ci cild" sözü bunu əyani olaraq sübut edir. Bax bu suallara cavab tapmaq asan olmadığından trollara susmaq tapşırığı verilib. Bəs bu Nüsrət Məmmədov kimdir?Bu barədə növbəti "cild"də...
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00