Yadınızda olar; bir neçə ay bundan əvvəl Eynulla Fətullayev hansısa bayram günündə Şuşada 100 q araq içmişdi. Aman Allah, o vaxt buna görə o yazığın içdiyini burnundan qıram-qıram gətirdilər. Halbuki Şuşada içki qəbul etmək qadağası yoxdu. Amma " Şüşa adının istifadəsi barədə" Prezidentin sərəncamı var. Və o sərəncama görə Şuşa adını nəinki hansısa kafe-restoranda, heç qəzet və televiziya loqosunda belə istifadəyə icazə verilmir. Müvafiq rəsmi orqanın icazəsi olmadan bu addan heç kimsə istifadə edə bilməz.
***
Ancaq bu gün Şuşa yolunun üstündə keçirilən aksiya iştirakçılarının hər addımlığında üzərinə iri hərflərlə "Şuşa şəhəri" yazılmış zibil qutuları düzülüb. Və bunu heç kəs "görmür". Və o qutunun ətrafına toplaşmış "vətənpərvər"lər fasiləsiz olaraq: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır" tipli şüarlar qışqırır. Nə qədər səmimisiniz cənablar? Axı bu biabırçılıqla bağlı 2 gün əvvəl yazı paylaşmışdım. Amma baxıram ki, qutular həmin yerindədir. Bilirsinizmi niyə? Çünki hamınızı demirəm ( haşa), böyük əksəriyyət qəlbinin, vicdanının səsiylə gedənlərdi, amma içinizdə ora özünü kadra salmaq, "selfilənmək", bir növ canlı maniken sayılacaq rus əsgərinə dil çıxarıb və bu "qəhrəmanlığı" telfonla çəkib sos-şəbəkələrdə paylaşmaq üçün gedənlər də o qədərdir ki. Bilirsiniz niyə səmimi deyilsiniz? Çünki həmin o, üzərinə "Şuşa" yazılan qutuları , böyrünüzdə dayanmış "sülhməramlılar" qoysa idi..aman tanrım, indi orda nə "şüvənpərəstlik" qopmuşdu, bir Allah bilir. Yoxsa düz demirəm? Göyərçinlə bağlı heç bir suçu-günahı olmayan bir ziyalı xanımı linc elədiniz. Onu ermənilərdən daha çox və daha amansız şəkildə siz rüsvay elədiniz. Halbuki onu deyil, gecənin bir yarısı! və 3-5! dərəcə şaxtada o ideyanın reallaşmasına kuratorluq edən şəxslər qınaq obyekti olmalıydı. (Çünki hamıya məlumdur ki, yeməklərin menyusundan tutmuş, səslənən mahnıların repertuarına qədər məlum "kurator" tərəfindən razılaşdırılır). Və bu vaxt həmin qadının əynindəki paltodan tutmuş, başındakı papağa qədər hamının diqqətini çəkir, "analiz" edilir, "mırt"a qoyulur,.. amma çoxlu sayda zibil qutuları üzərindəki "Şuşa" sözü nədənsə bir kimsənin diqqətini çəkmir.
***
Mən bilirəm ki, mənim toxunduğum mövzülar patronunuz- "Living Legend", tərəfindən tabulaşdırılıb. Rəy yazmaq nədir? layk etməyə belə qorxursunuz. Hamıya məlumdur ki, bir çoxlarınız ora, ondan "malades" eşitməyə, onun göZünə girməyə gorə gedibsiniz; onun qəzəbinə tuş gəlməyə yox! Amma day bu qədər də yox da. Axı oradakı məsul işçilərdən birinin qulağına yavaşca pıçıldamaq bəs edər ki, o qutular həmən oradan yığışdırılsın. Və ya özünüz sakitcə hansısa bir skotçla "Şuşa" yazısının üstünü örtə bilərdiniz. Amma etmədiniz. Çünki mən yazmışdım-ermənilər yazsaydı, indi ələm dəymişdi biri-birinə. Nəysə..
***
2022- Şuşa ili idi. Bununla bağlı bir çox tədbirlər keçirildi. Bu münasibətlə müxtəlif hədiyyələr, suvenirlər, plaketlər hazırlandı və qonaqlara paylandı. Amma ermənini sevindirəcək-üzərinə "Şuşa" sözü yazılmış zibil qutuları, düşmənlərimiz üçün ən dəyərli plaket sayıla bilər... ***
P.S qutuların fotosun ermənilərin əlinə keçməsin deyə paylaşmıram..
***
Keçən dəfəki statusumun altında bir neçə nəfər (xoşa gəlmək üçün) yazıb ki, " Burda nə var ki? Şuşanın qutularıdı, ona görə də " Şuşa" yazılıb da". Yəni trolluğu da adam kimi edə bilmirlər. Elə isə, bu məntiqinə dovşan asqırmışlara deyirəm: onda bəlkə Şuşadakı "ayaq yolları"nın da üstünə yekə bir "Şuşa şəhəri" sözünü yazaq. Belə götürəndə mahiyyət etibarı ilə elə ikisi də eyni şeydi də..
***
P.S Şuşa-Mədəniyyət mərkəzimizdi, Şuşa- Dövlət qoruğumuzdu, , Şuşa- Qeyrət qalamızdı,
Şuşa-ehfkjdhlkjısjüfhsdfndvlknvnflk...
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00