Azərbaycan tarixində bəlkə də Şuşa qədər “başı dumanlı”- xəyanət və faciə yaşamış 2-ci şəhər yoxdu. Son 30 ildə də bu xəyanət və müəmmalar “zənginləşdi”. Şuşa biabırçı məğlubiyyətimizin startı olmaqla, həm də möhtəşəm qələbəmizin finiş nöqtəsi oldu. Bu məğlubiyyət və qələbənin alt qatları yəqin ki, hələ uzun illər araşdırma mövzusu olacaqdır. Bu qəbildən sirr və müəmma ilə dolu olan hadisələrdən biri də 92-ci ilin 5 fevral tarixində, o vaxtkı müdafiə naziri Rəhim Qazıyevə qarşı törədilmiş uğursuz, amma faciə ilə dolu sui-qəsd hadisəsidir. Emin Məmmədov adlı snayperçinin baş “qəhrəman” olduğu bu insident nəticəsində 8 nəfər həlak olmuş, 6 nəfərsə ağır yaralanmışdır. Rəhim Qazıyev isə ayağından yüngül yara almaqla qurtulmuşdur. Bu müəmma ilə dolu hadisə ilə bağlı 93-cü ildə təsisçisi olduğum “ Maraqlı qəzet” də geniş araşdırma yazısı, 2002-ci ildə isə Lider TV-də “ Sui-qəsd, yoxsa Sui-cəhd” adlı səndəli film çəkmişdim. Sui-qəsdi törətmiş Emin Məmmədovun ailə üzvləri, hadisənin iştirakçıları olmuş bəzi şəxsləri tapıb danışdıra bilmişdim. Bu film o vaxt güclü rezonansa səbəb olmuşdu. Amma o vaxt Şuşa işğalda, Rəhim Qazıyev isə həbsdə olduğundan hadisənin tam mahiyyəti sonacan açılmamaışdı. Bu gün Şuşa azaddır, Rəhim Qazıyev də azadlıqdadır. Bu filmlə bağlı həm Rəhim bəyə, həm də hadisənin sağ qalan şahidlərinə üz tutaraq danışmağa dəvət edirəm. Və bu məsələyə uzun illərdən sonra qayıtmağımda 1 məqsədim də var; 2002də məlum film efirə gedəndən sonra hadisənin şahidi olan 2 nəfər mənə zəng edib görüşmək istədiklərini söylədi. Görüşdük. Mənə dedilər ki: “həmin Emin Məmmədovu Şuşada biz dəfn etmişik. Şuşa nə vaxtsa azad olsa, məzarın yerini dəqiq olaraq göstərə bilərik”. Təəssüf ki, o vaxt həmin şəxslərin koordinatlarını saxlamadım. Buna görə də məni lütfən qınamayın. Çünki o vaxtlar Şuşanın azad olunacağı heç yuxumuza da girmirdi. Bu gün vaxt yetişdi. Bu hadisənin bütün şahidlərini danışmağa bir daha dəvət edirəm.
Filmi isə mütləq izləyin.
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00