Hindistan heç vaxt futbol ölkəsi sayılmayıb, lakin o, 73 il əvvəl Braziliyada keçirilən DÇ 1950-yə möcüzəvi şəkildə iştirak şansı qazanmışdır. Belə ki, o vaxt FIFA, Dünya Kubokunda iştirak üçün Asiya ölkələrinə cəmi bir yer ayırmışdır. Filippin, İndoneziya və Birma milli komandaları Braziliyaya səyahət üçün tələb olunan böyük xərclər səbəbindən seçmə mərhələdə iştirak etməkdən imtina etdiyinə görə Hindistan heç bir oyun keçirmədən turnirə vəsiqə qazandı. Burada final mərhələsində İtaliya, İsveç və Paraqvay ilə bir qrupa düşsə də heç bir matç oynamadı.

***
1947-ci ildə Hindistan Böyük Britaniyadan müstəqillik qazandı və bir il sonra milli futbol komandası London Olimpiya Oyunlarına getdi. Orada Hindistanlı futbolçuların əksəriyyəti ayaqyalın oynayırdı ki, bu da tamaşaçılar üçün sürpriz oldu. Buna baxmayaraq Hindistan millisi ilk turda Fransaya qarşı layiqli oyn nümüyiş etdirərək 1:2 hesabı ilə məğlub oldu. Qeyd edək ki, Fransa komandası qələbə topunu yalnız görüşün son dəqiqələrində vura bilmişdi. O vaxt Hind millisinin meydançaya ayaqyalın çıxma səbəbi maliyyə imkansızlığı ilə əlaqələndilisə də, əslində bu belə deyildi. Çünki həmin olimpiadada onların otüstü xokkeyçiləri oyuna ayaqqabı ilə çıxmışdı. Sadəcə oyunçular bunu uşaq vaxtlarından futbolu ayaqyalın oynadıqlarını və buna vərdiş etdiklərini bildirmişdilər.

***
İki il sonrasa hindistanlılar Braziliyada keçirilən Dünya Çempionatında yer aldı. Hindistan Futbol Federasiyası (AIFF) milli komandanın turnirdə yalnız ayaqyalın oynayacağını söylədi. Çünki Hindistanlı futbolçulara bu cür oynamaq daha rahat idi. Lakin əlbəttə ki, FIFA bu şərti qəbul etmədi. Nəticədə, hindistanlı futbolçulara Braziliyada buts olmadan çıxış etmək qadağan edildi.
***
DÇ-1950-də 16 komanda çıxış etməli idi: səkkiz Avropa, beş Cənubi Amerika, iki Şimali Amerika və bir Asiya. Hindistanla yanaşı, Türkiyə və Şotlandiya komandaları Braziliyaya getmədilər. Beləliklə, turnirin final mərhələsində cəmi 13 komanda iştirak edib ki, bu da Dünya çempionatı tarixində ən az komanda sayılır.

***
Hindistan millisinin 83 yaşlı keçmiş futbolçusu Silen Mannanın "Sports Illustrated"-ə verdiyi müsahibədən: " O vaxt FIFA, Hindistan millisinin Braziliyaya səfər xərcini ödəməyə hazır idi, çünki onu turnirin iştirakçısı kimi görmək istəyirdi. Lakin bizim federasiya Dünya çempionatında iştirak etməyi ciddi qəbul etmədi, çünki onlar üçün daha vacibi Olimpiadalarda iştirak idi. O zamanlar biz Dünya Kuboku haqqında heç nə bilmirdik. Daha yaxşı məlumatlı olsaydıq, özümüz təşəbbüs göstərərdik. Bizim üçün Olimpiada hər şey idi.. Eyni zamanda, hindlilər DÇ-də çıxış etsəydilər, indi bu ölkədə futbol tamamilə fərqli səviyyədə olardı.

***
O andan etibarən Hindustan heç vaxt Dünya çempionatlarının final mərhələsinə vəsiqə qazana bilmədi. Artıq 1954-cü ildə Hindistan Futbol Federasiyası ilə FIFA arasındakı münaqişə səbəbindən Hindistan millisinə, Dünya Kubokunun seçmə mərhələlərində belə iştirakına icazə verilmədi.
***
Hazırda FİFA-nın reytinqində Hindistan yığması 108-ci yerdədir.