Bax mən deyəndə- müxalifətdəki bəylərin xətrinə dəyir. Başlayırlar cırnamağa, söyüş söyməyə, təhqir eləməyə. Ona görə yaxın oturun, və diqqətlə qulaq asın. Səhv deyirəmsə başlayın söyməyə. Zatən əlinizdən başqa şey gəlmir.
***
Dediyim ondadır ki, bir müddət əvvəl Əli Kərimli saxlananda, üstündən 1 həftə-10 gün keçəndən sonra belə bir status paylaşdım ki : bəs bu boydana Əli Kərimli saxlanılıb, amma hələ nə ictimaiyyət, nə ziyalılar nə də fərli- başlı bir Beynəlxalq təşkilat tərəfindən bir reaksiya var. Hələ bunlar bir tərəfə e, nə Əli Kərimlinin tərəfdarları, nə də müxalifət düşərgəsini təmsil edən partiyalardan belə hansısa bir reaksiya yoxdur. Bəs ayrı vaxt deyirsiz ki, "ay Əli Kərimli "Ana müxalifət"di, "milli lider"di, bütün xalq onun arxasındadır, cıırt-pırt və s.. hanı bəs?"
***
Və məhz mənim bu iradımdan sonra AXCP-nin uzun illərdir ki, gözümüzü yağır eləmiş 10-15 qartalmış üzvü guya piket elədi.Vəssəlam. Ayrı bir kimsə yaxına durmadı. Yadınıza gəlirsə onda da dedilər ki, guya "minlərlə insan kücələrlə gəlmək istəyir, amma 10( !!!)minlərlə polisi töküb onların gəlməsinə imkan vermirlər" . Amma nə o minlərlə insanı çəkib göstərən oldu, nə də ki, həmin minlərlə polisi. Bircə dənə də olsun kadr ortaya qoyulmadı.
***
İndi neçə gündür ki, "Arzum 999" nikli Ulduzə Hacıyeva adlı bir buraxma tiktoker həbs olunub. Aləm qarışıb biri-birinə. Tərəfdarları və əleyhdarları bir-birini "qırır. Məhkəmələrinə 100lərlə dəstəkçisi, onlarla jurnalist və bloqqer gəlir. O sosial şəbəkə, sayt, TV-radio qalmayıb ki, bu olayı işiqlandirmasın. Millətin diqqət-nəzəri futbol üzrə DÇ-na köklənməsinə baxmayaraq, gecənin bir yarısı bu "Arzum isi" ilə bağlı acılan "Canlı yayın"lara 1000lərlə adam qoşulub müzakirə aparır.
İndi gündəmin futbol olmadığı vaxtlar olsaydı gör nələr olardı..
*
İndi bu Ulduzə müğənni, şoumen, idmançı və s. deyil. Heç hansısa bir tanınmışın və yaxud vəzifə sahibinin də qızı, və yaxud xanımı, deyil. Amma bu qədər tərəfdarı, dəstəkçisi var. Və onlar realdır, səmimidir. Və fakt olaraq ortadadirlar. Gəcə-gündüz calışır-vuruşub, əməlli-başlı gündəm yaradıblar.
***
Belə götürəndə Əli Kərimli də son illər tiktokerlik edirdi. Sosial şəbəkələrdə çıxışlarını, videolarını paylaşmaqdan özgə fəaliyyət göstərmirdi. Amma zaman göstərdi ki, o o heç uğurlu tiktoker də ola bilməyib. Ona görə də mən deyəndə ki: "Əli Kərimlinin heç bir sosial bazası yoxdur" inanmirdınız. Zaman göstərdi ki, bu adamın heç internet üzərindən də tərəfdarı yoxuymuş. Zatən mən onun videolarına gələn layk və şərhlərin əksəriyyətinin saxta olması barədə də dəfələrlə demişdim.
***
Əli Kərimlinin həbsindən 1 ilə yaxın vaxt ötüb. Bu zaman kəsiyində bayaq qeyd etdiyim o 10-15 nəfərlik piketdən başqa bir fəaliyyət nəzərə çarpmayıb.Əvəzində isə hansısa Avropa şurası, Afrika cəngəlliyi, Manqol birliyi, Ərəb sürüsü tipli təşkilatlardan protokol bəyanatlar eşidilib. Biz deyəndə ki, Kərimlini Xalq deyil, xaric dəstəkləyir (və maliyyələşdiri) inanmırdınız. Bu da sübut.
***
Bu gün Əli Kərimlinin ətrafındakılar, onun azadlığı uğrunda deyil, daha çox post-Əli dövründə AXCP sədrliyinə yiyələnmək üçün vuruş aparır. Və bu da açıq-aşkar ortalıqdadır.
***
Əminəm ki, bütün bu başverənləri Əli Kərimli də görür, müşahidələr aparır, analizlər edir. Və ona görə də bir gün Əl Kərimlinin, "avtobus müxalifəti"nə qoşulub Şuşaya getdiyini görsəniz, nə qətiyyən təəccüblənin, nə də ki, adamı qınayın..
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:02
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30