Moskvanın Xoroşevski Rayon Məhkəməsi “Rosaviasiya”nın keçmiş rəhbəri Aleksandr Neradko barəsində dələduzluq işi üzrə həbs qətimkan tədbiri seçib.
protest.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.
“Məhkəmə Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham olunan Neradkonun barəsində istintaqın həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətini təmin edib”.
Məlumata görə, cinayət işi Moskvanın Domodedovo Hava Limanında yeni uçuş-enmə zolağının tikintisi zamanı 800 milyon rublun mənimsənilməsi ilə bağlıdır.
Xoroşevski Rayon Məhkəməsi “Rosaviasiya” rəhbərinin keçmiş müavini Konstantin Maxov barəsində 1 ay 7 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Konstantin Maxov xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
İstintaqın irəli sürdüyü ittihama əsasən, hər iki şəxs Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə təqsirləndirilir.
Həmin maddə üzrə Aleksandr Neradko və Konstantin Maxov 10 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.
Aleksandr Neradko 2023-cü ilin sentyabr ayınadək "Rosaviasiya"ya rəhbərlik edib, bundan sonra isə vəzifəsindən istefa verib.
Ötən il Neradkonun keçmiş müavinlərindən biri olan Sergey Timoşenko rüşvət alma işi üzrə saxlanılmışdı.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00