Təhsil krediti alan 120-yə yaxın tələbə təhsilini yarımçıq qoyub

Təhsil Tələbə Krediti Fondundan kredit götürən tələbələr arasında təhsilini yarımçıq qoyanların sayı təxminən 120 nəfər təşkil edir.
protest.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov AzEdu.az-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Fondun fəaliyyət göstərdiyi müddətdə təhsil tələbə kreditləri mexanizmi on minlərlə gəncin təhsilini davam etdirməsinə imkan yaradıb.
Bəhruz Əzimov qeyd edib ki, mexanizmin effektivliyi kredit alan tələbələr arasında təhsilini yarımçıq qoyanların sayının çox aşağı olması ilə də özünü göstərir.
"Mexanizmin işlək olması isə on minlərlə tələbə arasında təhsilini yarımçıq qoyanların sayının təxminən 120 nəfər civarında olması ilə bir daha özünü göstərir", – deyə o vurğulayıb.
Fond sədri əlavə edib ki, maddi çətinliklər gənclərin ali təhsildən imtina etməsi üçün səbəb olmamalıdır. Onun sözlərinə görə, dövlət tərəfindən yaradılan təhsil tələbə krediti mexanizmi maliyyə imkanları məhdud olan gənclərin də ali təhsil almasına və öz potensialını reallaşdırmasına şərait yaradır.

Çox oxunanlar