Tokayev yeni seçki təyin etdi

Qazaxıstan parlamentinin yuxarı palatasına növbəti seçkilər yanvarın 14-də keçiriləcək. Bu, ölkə prezidenti Kasım-Jomart Tokayevin şənbə günü, noyabrın 26-da dərc olunmuş fərmanından irəli gəlir. “Qazaxıstan Respublikası Parlamenti Senatının deputatlarının konstitusiya səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023-cü ildə Qazaxıstan Respublikası Parlamenti Senatının deputatlarının seçkilərini 2023-cü il yanvarın 14-nə təyin etmək barədə qərar qəbul edirəm”, - prezidentin sərəncamında deyilir.Qazaxıstan Prezidenti, həmçinin ölkə hökumətinə, Astana, Alma-Ata və Çimkənd, eləcə də regionların rəhbərlərinə seçkilərin maddi-texniki və maliyyə təminatının təşkili üçün tədbirlər görməyi tapşırıb. Qazaxıstan prezidenti həmçinin bəyan edib ki, yaxın vaxtlarda iqtisadiyyatda köklü dəyişikliklər baş verəcək, vətəndaşların rifah halı yüksələcək, üstəlik, respublika siyasi quruluşun yeni formasına keçəcək. Tokayev bildirib ki, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq və gələcəkdə bütün əsas hakimiyyət institutlarında islahatlar aparılacaq.

Çox oxunanlar