Qazaxstan, Rusiya taxılının daşınmasına STOP dedi

"Rusiya Taxıl İttifaqı" : Qazaxıstan Rusiyadan tədarükün qarşısını alır

Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut bildirib ki, Qazaxıstan faktiki olaraq Rusiyadan Orta Asiya ölkələrinə irimiqyaslı tədarükləri və Çinə tranzitini əngəlləyib. Bir gün əvvəl Rusiya Dəmir Yollarının respublika ərazisi vasitəsilə Qazaxıstana taxıl daşıma qiymətlərinin aşağı salınmasını təklif etdiyi məlum olub. Hazırda ölkə ərazisindən Rusiya üçün marşrut iqtisadi baxımdan sərfəli deyil. Buna baxamayaraq Sentyabrda şirkətdən Qazaxıstan hakimiyyətinə edilən  müraciət geri göndərilib.
Rusiyadan taxılın tədarükü sanksiyalara görə  çətinləşir, ona görə də Qazaxıstandan keçən marşrut böyük əhəmiyyət kəsb edir. Aleksandr Korbutun sözlərinə görə, indiki vəziyyətdə Qazaxıstan Rusiya taxılını yenidən satmağa imkan verən rəqabət üstünlüklərinə malikdir.
“Əslində Rusiya üçün Mərkəzi Asiya ölkələrinə irimiqyaslı tədarüklər, eləcə də Qazaxıstandan keçməklə Çinə tranzit bloklanır ki, bu da Qazaxıstana rəqabət üstünlüyü verir və Rusiya taxılını təkrar ixrac etməyə imkan verir”, - Korbut bildirib.
Bununla belə, Qazaxıstanın özündə fermerlər də taxılın daşınma xərclərinin kəskin artmasından şikayətlənirlər. Mümkün səbəblərdən biri artan tələbatdır. Məsələ burasındadır ki, Qazaxıstanda taxıl ixracı üçün kvota tətbiq etmişdilər, lakin bir müddət əvvəl onlar ləğv edilmişdi. Nəticədə ixracatçılar qonşu ölkələrin tələbatını ödəməyə çalışsalar da, Qazaxıstanın dəmir yolu şəbəkəsi buna hazır deyildi. Taxıldaşıyanlara və dəmiryolçuların xidmətlərinə həddindən artıq tələbat da daşımaların maya dəyərinin kəskin artmasına səbəb oldu. Yəni, bu məlumatlara əsasən, dəmir yolu tariflərinin bahalaşması Qazaxıstan ixracatçılarına da təsir edib. Müvafiq olaraq, Qazaxıstan bu səbəbi göstərə bilər. Həm də odur ki, onlar ilk növbədə öz ixracatçı şirkətlərinin istəklərini təmin etməyə çalışırlar. Rusiya Federasiyası Baş nazirinin müavini Viktoriya Abramçenko öz Telegram kanalında Rusiyanın bu il rekord miqdarda taxıl məhsulu, 150 milyon tondan çox məhsul yığdığını bildirib.

Çox oxunanlar