Rusiya dənizçilərimizin ölümü ilə bağlı başsağlığı verib

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan dənizçilərinin həlakı ilə əlaqədar başsağlığı verib.
protest.az-ın Rusiya mediasına istinadən məlumatına görə, diplomat bildirib ki, ölüm hər zaman faciədir.
“Faciəvi şəkildə həlak olmuş azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına səmimi başsağlığı vermək istərdim. Ölüm hər zaman faciə, hər zaman kədərdir. Biz yaxşı bilirik ki, həm hava, həm də dəniz dronları vasitəsilə mülki gəmilərə hücumları kim həyata keçirir”, - deyə Qaluzin vurğulayıb.
XİN rəsmisi əlavə edib ki, bunun arxasında “hamıya məlum olan bir ölkə”, daha dəqiq desək, “həmin ölkədə hakimiyyəti qəsb etmiş nasist rejimi” dayanır.
Onun sözlərinə görə, bu rejim yalnız rəqibləri üçün deyil, hətta onu müttəfiq hesab edənlər üçün də təhlükə yaradır.

Qeyd edək ki, bu gün gecə saatlarında heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu həyata keçirilib. Hücum nəticəsində 5 Azərbaycan vətəndaşının həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfi tərəfindən müvafiq məlumat verilib. Yaralanan şəxslər Rusiyanın Yeysk şəhərindəki xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti
Çox oxunanlar