Bu ölkə azərbaycanlı dənizçilərin ölümündə ittiham olundu

Azov dənizində yük gəmilərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların arxasında Ukrayna hakimiyyətinin dayandığı iddia olunub.
protest.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz çox yaxşı bilirik ki, hava və dəniz dronları vasitəsilə Qara dəniz və Aralıq dənizi akvatoriyalarında dinc mülki gəmilərə kim hücum edir”, - deyə o bildirib.
Qaluzin həmçinin hadisə nəticəsində həlak olan azərbaycanlı dənizçilərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 5 iyun tarixində gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Nəticədə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub.

Xəbər lenti
Çox oxunanlar