Dünən sərgidə bir müxalif yazıçı dostumuz saldı məni çənəsinin altına, başladı məni danlamağa. Mənə deyir ki, sən ədalətli adam deyilsən, həqiqətləri deyə bilməzsən, yaza bilməzsən.
Dedim, ay gözəl qardaşım, o hansı həqiqətlərdi ki, sən onu deyə bilirsən, mən deyə bilmirəm, sən yaza bilirsən, mən yaza bilmirəm?
Dedi, bəs sənin cəsarətin çatmaz Azərbaycanda siyasi məhbusların olduğunu deməyə.
Dedim, ay qardaşım, bunun üçün cəsarətə nə ehtiyac var? Əlbəttə, deyə də bilərəm, yaza da bilərəm.
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR VAR.
Bude, yazdım.
Amma o yazıçı dostumun özünə də dedim. Dedim ki, guya hansı ölkədə siyasi məhbus yoxdu? Siz elə bilirsiniz ki, ABŞ-da siyasi məhbus yoxdu?)))
Girib bir dənə google-da yazırsan "Political prisoners in USA" (ABŞ-da siyası məhbuslar), minlərlə, on minlərlə xəbər, məqalə çıxır qarşına, görürsən ki, siyasi məhbuslara azadlıq tələb edən hərəkatlar da var. Lap ingilis dilini bilmirsiniz, CHATGPT-dən azərbaycanca soruşun da, nə çətin şeydi. CHATGPT-ni də bizimkilər idarə eləmir ki)))
Yazın ki, "demokratiyanın beşiyi Amerikada siyasi məhbuslar varmı, ay mənim chatgpt qardaşım?". Görün nə cavab verəcək.
Yaxşı, siz Amerikanı da bəyənməzsiniz. İngiltərəni soruşun. Google-da da axtarın, chatgpt-dən də soruşun. İngiltərə də sizi qane eləməsə, Almaniyanı, Fransanı, İtaliyanı, haranı istəsəniz, soruşun, axtarın, görün nə çıxacaq qarşınıza?
Biz xarici ölkələri öz pəncərəmizdən görürük, onların mediasından, cəmiyyətindən, cəmiyyəti narahat edən problemlərindən xəbərimiz yoxdur. Qətiyyən demirəm ki, biz onlardan yaxşı vəziyyətdəyik. Qəti! Biz əksər ölkələrdən çox şeydə, yox, hər şeydə geridəyik. Bu heç. Bunun da xeyli səbəbləri var. Yarısında hökümət günahkardı, yarısında xalq.
Di gəl, sözüm o deyil. Məsələn, başqa ölkələrdən də bizə baxılanda, mediamızı, sosial mediamızı izləməyənlər başqa şey düşünə bilər ölkəmiz haqqında.
Məsələn, ölkəmizdə "Formula 1" yarışları keçirilir. Avropalılar bu yarışlara baxanda, fikirləşirlər ki, ay Allah, nə gözəl şəhərdi, nə qəşəng sakitçilikdi, az adam var, şəhərin mərkəzində yarış keçirirlər.
Ta bilmirlər ki, 3 gün "Formula" keçiriləcək deyə 3 ay əziyyət çəkirik, 20 dəqiqəlik yolu 2 saata gedirik.
Nə bilim, bilmirəm, sizə izah edə bilirəm fikirlərimi ya yox. Amma dünən o müxalif yazıçı dostuma bunları izah eləyə bilmədim. İzah eləyə bilmədim ki, ay dostum, bu ölkədə elə həqiqət yoxdur ki, onu sən deyə biləsən, mən deyə bilməyəm, sən yaza biləsən, mən yaza bilməyəm.
Deyirlər ki, ölkədə söz azadlığı yoxdur. Ay dostlar, ölkədə söz azadlığı yoxdursa, siz bunu necə deyə bilirsiniz? Söz azadlığının olmadığını deyə bilməyin özü elə söz azadlığının olduğu demək deyil? Absurddur axı bu.
Deyirlər ki, ölkədə həqiqətləri deyənləri həbs edirlər.
Axı niyə yalan danışırsınız, kimi aldadırsınız?
Elə mənim dostluğum doludu höküməti, İlham Əliyevi tənqid edənlərlə. Statuslar yazırlar, şərhlər yazırlar, karikaturalar paylaşırlar, videoları necəsə montajlayıb paylaşırlar. Adi adamları deyirəm. Sıravi adamları. Öz ölkəmizdə yaşayanları. Həmin o paylaşımları, statusları, şərhləri, karikaturaları həbsxanadan paylaşırlar?))))
Bax elə sən, ay dostum, gəlib elə bu statusun şərhində höküməti də, İlham Əliyevi də tənqid edəcəksən və heç kim səni gəlib həbs eləməyəcək axı. Bunu yaxşı bilirsən axı, niyə özünü aldadırsan.
İlham Əliyevin şəklini paylaşıb yazır ki, "İlham Əliyev diktatordu!". Axşam da gedir, şəhərin mərkəzində kofe içir.