İnsafən danışsaq, bu gün Azərbaycan Dəmir Yolları QSC son illər bir sıra islahatlara imza atıbdır. Ölkə üzrə bir necə istiqamətdə sürət qatarlarının istifadəyə verilməsi, yeni qatarların alınması, orada çalışan işci personalının nümunəvi xidməti, o cümlədən, ADY-ə məxsus qaynar xətt və bilet kassalarda çalışan işcilərin mədəni rəftarı diqqətəlayiqdir. Rastıma çıxan bir çox stansiyaların təmiri, təmizliyi də göz oxşayır. Bunlar öz yerində,
amma bu yaxınlarda Baki-Ağstafa istiqamətində yerləşən Goran stansiyasında gördüyüm acı mənzərədən çox mütəəssir oldum. Əvvəla dəmir yolu stansiyasinin binasına heç stansiyanın adı belə yazılmayıb. Digər tərəfdən isə gözləmə zalındakı biabırçılıqdan adam dəhşətə gəlir. Yerə döşənən plitələr demək olar ki hamılıqla yerindən laxlayır. Divarlar nəmişlikdən kif atıb. İstilik sistemi işləmir və.s. Stansiyanın ətrafında da natəmizlik hökm sürür. O dəqiqə bilinir ki buranın təmirini həyata kecirən şirkət, işləri başdan sovdu, keyfiyyətsiz həyata kecirərək yeyintiyə yol verib. Bəlkə də bir çoxlarınız zarafata salıb deyəcəksiz ki, əşşi boş ver, bir əyalət stansiyasidir da görən yox bilən yox. Amma dostlar heç də elə deyil. Bildirim ki, Goran stansiyasından təkcə ətraf rayon və kəndlərin əhalisi istifadə etmir. Buradan ən cox yaxınlıqdakı Naftalan sanatoriyasına gələn çoxlu sayda əcnəbi qonaqlar da istifadə edirlər. Və son illər də onların sayı kifayət qədər artıbdır. Ona gərə də ümidvaram ki, dəmir yolu rəhbərliyi bizim bu reportajımıza diqqətlə yanaşacaq. Və Goran stansiyasındakı bu xoşagəlməz mənzərəyə əl gəzdirəcəkdir. Həm də unutmayaq ki, teatr asilqandan başladığı kimi, şəhər də onun vağzalından, hava limanından başlayır. Və ölkəmizə gələn qonaqlarda da ilk təəssürat buradan yaranır...
protest.az
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
26-06-2025, 18:00