Son aylar ərzində Protest.az da Bakı- Gəncə ( indi Bakı-Ağstafa olub) sürət qatarı ilə bağlı bir neçə yazı dərc olunsa da Azərbaycan Dəmir yolları QSC-dən reaksiya bildirilməmişdir. Bununla bağlı iradımızdan sonra nəhayət ki, qurumun mətbuat xidməti yazıda toxunduğumuz problemlərlə bağlı açıqlamalarını bizə göndərib. Bir qədər sonra onunla tanış olacaqsınız. Hələliksə onu qeyd edək ki, biz öz reportajlarımızda həmişə obyektivliyi qorumuş, bu sahədə olan müsbət tendensiyaları da işıqlandırmışıq. Elə sonuncu yazımızda da qeyd etmişik ki, AYD-nin Qaynar xətiininə düşmək rahatdı. Bilet kassalarlndan tutmuş qatar bələdçilərinə qədər hər yerdə sərnişinlərlə kifayət qədər nəzakət və səbrlə davranırlar və.s. Qeyd olunanların sıradan normativ bir hal olmasına baxmayaraq bunları qeyd etmişik. Amma bütün bunlar əvvəl də var idi və heç də AYD QSC-nin yeni rəhbərinin xidməti deyil. Yeni sədr Rövşən Rüstəmov gəldikdən sonra bu sahədə heç bir problem həll olunmayıb. Bəs bunlar hansılardır?
"Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi 68 ünvanında yerləşən mehmanxana kompleksi 1956-cı ildə istismara verilib. Mehmanxana kompleksi 1992-ci ildən fəaliyyət göstərmir. Təmiri külli miqdarda vəsait tələb edir. Rentabelsiz olduğundan təmiri yaxın perspektivdə nəzərdə tutulmayıb". Sitatın sonu. OK. Elə isə ortaya suallar çıxır. Əvvəla rentabelsiz və yararsızdısa niyə sökülməyib ala-yarımçıq təmir edib vəsaiti lazımsız obyektə sərf edibsiz? Digər tərəfdən Gəncəyə kifayət qədər yerli və xarici turist axını olduğu haldə niyə bu cür hazır binanı təmir edib onu rentabelli etməyibsiniz? Gəncədə kifayət qədər kənardan gələn tələbələr kirəyələrdə yaşayır. Bunu yataqxana qismində düzəldib tələbələrin ixtiyarına vermək olmazdımı? Və yaxud da Gəncədə mənzilə ehtiyacı olan yüzlərlə Qazi və Şəhid ailəsi var. Bu binanı təmir edib onlara vermək olmazdımı? Olardı əlbəttdə ki. Sadəcə bunun üçün təşəbbüs göstərmək, can yandırmaq, əlini daşın altına qoymaq lazımdır. O da ki, bizim çinovniklərdə yoxdur. Onların əksəriyyətinı ayrılmış dövlət vəsaitin tez və rahat dağıtmaq daha çox düşündürür.
4. Bakı-Ağstafa sürət qatarı Şəmkirdə niyə dayanmır?
Əslində müxtəlif istiqamətlərdə hərəkət edən qatarların "sürət qatarı" deyil, "sürətli qatar" olmasını AYD rəsmiləri özləri də etiraf edir. Çünki qatrın malik olduğu sürətlə qət etdiyi məsafəyə sərf olunan vaxt tərs mütənasibdir. Bunu göstərilən səbəblərlə bağlı haradasa başa düşmək olar. Yəni bu qatarlar üçün ya tələb olunan standartlara uyğun yeni xətlər çəkilməli ya da mövcud reallıqla hesablaşmalıyıq. Amma məsələdən uzaqlaşmayaq. Məlum olduğu kimi Bakı- Ağstafa qatarı 5 stansiyada dayanır. Bunlardan Gəncə istisna olmaqla digər stansiyalarda dayanma müddəti ortalama 15-20 saniyə çəkir. Və Gəncədən keçib Qazaxda dayanan qatar Şəmkirdə saxlamır. Bəyəm 20 saniyə də Şəmkirdə saxlasa nə olacaqdı ki? Amma Şəmkirdə iki böyük və iki kiçik stansiya var. Və sərnişin tələbatı da kifayət qədər yüksəkdir. Və sürət qatarı rayon mərkəzinə bitişik "Dəllər" stansiyasında saxlasa bu avtomatik olaraq qonşu Gədəbəy rayon sakinlərinin də dadına çatmış olur. Nəzərə alsaq ki, Gədəbəydə nə aeroport nə də Dəmir yolu var, onda bu dayanacağın nə qədər əhəmiyyətli olduğu aydın olur. Digər tərəfdən də xüsusən də yay aylarında Gədəbəyə böyük turist axını olduğunu nəzərə alsaq necə deyərlər əlavə şərhə ehtiyac qalmır. Yani Şəmkirdə dayancaq etməklə ADY həm də “bir güllə ilə 2 dovşan vurmuş olur”. ADY isə bizə verdiyi açıqlamada görün nə deyir:
"Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən “Stadler Rail Group” şirkətinin istehsalı olan qatarların yalnız 1100 mm hündürlüyü olan sərnişin platformalarında dayanacaq etmək üçün texniki imkanı var. Hazırda sərnişin tələbatının nisbətən çox olduğu "Dəllər" və "Qovlar" stansiyalarının platformalarında qatarların dayana bilməsi üçün müvafiq tədbirlər görülür. Onu da qeyd etmək istərdik ki, növbəti il “Stadler Rail Group” şirkətindən ölkəyə gətiriləcək yeni qatarların texniki parametrləri ADY-yə məxsus bütün stansiya və dayanacaqlarda dayanmalarına imkan verəcək". Sitatın sonu.
ADY-nin bu cavabı da səmimi görünmür. Əvvəla “Qovlar”ı bilmirəm ancaq “Dəllər” stansiyasında heç bir "müvafiq tədbir" filan görülmür. Digər tərəfdən isə necə ola bilər ki, mən hələ digərlərini demirəm, “Goran” stansiyası tələb olunan parametrlərə cavab verir, amma Dəllər stansiyası uyğun gəlmir? Gülməlidir vallah.. Nə isə keçək növbəti məsələyə..
5. Vaqonlarda niyə Wi-Fi yoxdur?
Təbii ki, hər bir sərnişin yerində əyləşib rahatlaşan kimi ilk növbədə əlini telefona atır. Təxminən 5 saatlıq yolda vaxt "öldürmək" üçün demək olar ki, hamının telefona üz tutması təbbidir. Ancaq məlum olanda ki, vaqonlarda Wi-Fi sistemi işləmir, onda sərnişinlərin ovqatı elə ilk dəqiqələrdən zay olub gedir. Hamının yadında olar ki, bu qatarların təqdimatı zamanı qatarda sərnişinlərə Wi-Fi dan əlavə həmçinin təzə qəzet və jurnallar da veriləcəyi vəd olunmuşdu. Amma bütün bunların yalnız söz və görüntü xatirinə edilibmiş. Həmin Wi-Fi şəbəkəsi və qəzet-jurnalın ömrü cəmi bir-neçə ay çəkib-vəssalam. Artıq neçə ildir ki, bunların heç biri yoxdur. Xarici ölkələrin əksəriyyətində sərnişinlərə nəinki qatarlarda, hətta avtobuslarda belə pulsuz su-çay-kofe təqdim olunsa da bizdə bu konfortun heç biri yaşanmır. Hamısı pulla satılır. Əksər ölkələrədə nəinki təyyarə, hətta avtobuslarda Wi-Fi sistemi olduğu halda bizim bahalı və müasir sürət qatarlarında bu yoxdur.
İndisə AYD-nin dediklərinə baxın:
"Sərnişin qatarlarında keyfiyyətli və davamlı “WiFi” şəbəkəsinin bərpası ilə bağlı istehsalçı şirkət və yerli mobil operatorlarla danışıqlar aparılır". Sitatın sonu.
Danışaqlar e, öz də. Sanki hansısa qlobal bir problemi həll emək üçün kişinin uşaqları vacib bir danışıqlar aparır. Necə deyərlər: SÖZSÜZ.
6. Amma qatarlara adicə bir Wi-Fi sistemi qoşmağı bacarmayan AYD QSC-nin sədri Rövşən Rüstəmov bir sıra şirkətlərlə uğurlu danışıqlar apararaq xeyli reklam razılığına gələ bilib. Bununla da özü yaxşı pul qazanmağı bir yana, sərnişinlərə əsl cəhənnəm əzabı yaşadır. Məsələ ondadır ki, vaqinlarda quraşdırılan manitorlar elə yerdə qoyulub ki, sərnişin ona baxmağa məhkumdur. Bu manitorlarda isə fasiləsiz olaraq qatarların marşurutu və müvafiq elanlar göstərilir ( təxminən 1-2 dəqiqə) ardşnca isə ayr-ayrı firma və şirkətlərin reklam çarxları ( 4-5 dəq.) nümayiş olunur. İndi təsəvvür edin ki, fasiləsiz olaraq eyni görüntüləri təkrar-təkrar izləməyə məhkum olan ( bir daha Wi-Fi olmadığını xatırladıram) sərnişin hansı psixoloji gərginlik yaşayır. O təxminən 5 saatlıq səfər müddəti ərzində bunu bir neçə yüz dəfə izləmək məcburiyyətində qalır. Amma bir balaca zövq və istək olsa bu zillətin əvəzinə sərnişinlərin ruhunu oxşayan maraqlı çarxlar da təqdim etmək olardı. Məsələn, Qarabağmızln azad olunması, indi orada aparılan quruculuq-abadlıq işləri, Şəhid və Qazilərimiz haqda özündə görüntülüəri əks etdirən çarxlar göstərilsə pismi olar? Və yaxud da Azərbaycanımızın ayrı-ayrı gözəl guşələrini özündə əks etdirən bloklar. Ancaq bunun üçün az da olsa əziyyət çəkmək lazımdı. Xoşqədəmin keçmiş müxbiri- Rövşən Rüstəmovda isə nə gəzir o hövsələ, o zövq, o entuziazm?
Bu da AYD-nin məsələ ilə bağlı növbəti “lapşa”sı. Onu da asaq qulağımızın bir küncünə..
“Azərbaycan Dəmir Yolları” QSC sərnişin qatarlarında nümayiş olunan reklamlarla dair sualınızla bağlı bildirir ki, sərnişin qatarlarının monitorlarında əsasən qatarların hərəkət istiqaməti, qatarın sürəti, stansiyalar üzrə çatma vaxtı və s. barədə məlumatlar, fasilələr zamanı isə müxtəlif reklamlar nümayiş olunur. ADY-yə reklam müraciətləri zamanı roliklərin məzmununa baxılır, hər hansı qanuna və yaxud etik kodekslərə zidd hal və yaxud dil normalarının pozulması aşkar olunarsa, müvafiq dəyişikliklər olunduqdan sonra qəbul edilir. ADY reklam sifarişlərinin qəbuluna həssaslıqla yanaşır və sərnişinlərin haqlı şikayət və təkliflərinə əsasən, sifarişçiyə iradlar bildirilir. Hər hansı klinika və yaxud tibbi ləvazimatlarla bağlı qəbul edilən reklamlar isə ümumi reklam müraciətlərinin çox az hissəsini təşkil edir.
Və sonda. Rövşən Rüstəmov, görünən odur ki, siz heç nə etmirsiz, heç nə bacarmırsınız. Və bu da məlum səbəblərdən ölkə Dəmir yollarının cüzi bir hissəsinin fəaliyyət göstərdiyi bir zamanda baş verir. Üzdə olan odur ki, siz elementar problemləri həll etmək iqtidarında deyilsiniz. Ona görə də çıxın gedin Xoşqədəmin yanına. Onun sizin kimi "kreativ" işçilərə çox ehtiyacı var...
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
26-06-2025, 18:00