Etibar Hüseynov: Yoxsa düz demirəm?..

Əslində bu yazını dünən qələmə almaq istəyirdim. Amma istər-istəməz qarşıladığımız Yeni il münasibəti ilə yaşanan ovqatı korlamamaq üçün bu günə saxladım. Demək istədiklərim nədir?
***
Dünən çoxları kimi mən də bazar və marketlərə baş çəkdim. Maşallah olsun, hər yerdə piştaxtalar aşıb-daşır, müştəri əlindən tərpənmək olmurdu. Ancaq bir sıra fürsətcillərin yaranmış tələbatdan istifadə edib qiymətləri qaldırdıqlarının  şahidi oldum. Bazarda yanımdan ötüb-keçən əksər alıcıların dodaqaltı “elə bu hökumət sizlərə nə edirsə, yaxşı edir, hələ az edir” mızıldamasını eşitdim. Doğrudan da, onun şahidi oldum ki, ayrı vaxt hakimiyyəti qiymətləri, cərimələri artırmaqda ittiham edən təbəqəyə məxsus olan əksər insanların özləri də hər dəfəsində  yaranmış ilk fürsəti əldən verməyərək ancaq öz ciblərini düşünür. Diqqət edibsinizmi? Az qala hər bayramqabağı ətin-yağın qiyməti qalxır.  Neftin, dolların, nə bilim lirənin, rublun qiyməti bir balaca artan kimi bu məsələyə hec bir aidiyyatı olmayan sahənin adamları da qiymətləri qaldırır. Repititordan tutmuş, bərbərə qədər, maşın ustasına qədər. Bir balaca qarlı, hətta yağışlı hava olan kimi manatlıq taksilər qiyməti 3-5 manata qaldırır. Bax ona görə də bu cür halları görəndə həqiqətən də deyirsən ki “elə sizə nə edirlərsə, hələ az edirlər”. Siz özünüz nə vaxtdan kasıb, imkansız qədri bidiniz ki, bunu da hökumətdən istəyirsiz..
 ***
Bunu da eləyənlərin əksəriyyəti elə ilboyu ay nə bilm “millət acından ölür, yeməyə çörək tapmır” deyənlərin özləridir. Yaxşı tutaq ki, kafe və restoranlarda yeyib-içənlərin əksəriyyəti varlılar, imkanlılardır- OK. Bəs dünən bahalı-bahalı zırpaketləri od qiymətinə alıb, səhərə qədər şəhəri yerindən oynadan kimlər idi? Yoxsa onu da varlılar edirdi? Realda isə o partlayıcı vasitlərin puluna 100 cürə ərzaq məhsulu da almaq olardı. Yoxsa düz demirəm? 
***
Zırpaket demişkən. Hələ bir-neçə gün əvvəldən də bir çox həmkərlarım da yazıb-paylaşdı ki: “ bilirik ki, xeyli müddət əvvəl toy təyin edənlər var. Bahalı-bahalı bayram tədbirlərinə bilet alanlar da var. Bunu anlaqlı qarşılıyırıq. Toy da edin, bayram tədbirləri də keçırin. Amma matəm, hüznlü günlər yaşayırıq. Nə olar, bir az çərçivə daxilində, təmtəraqdan uzaq edin. O konsertlərdən, bərbəzəkli süfrə arxasından foto və videoları paylaşmayın. Heç olmasa 1-2 gün sonraya saxlayın”. Amma olmadı. Müşahidə edə bilmədik. Yenə də keçirilən tədbirlərdə kiminsə çiynində oturub “meymun”luq edənləri də gördük, görməmiş kimi manqal başında əlində kabab şışləri ilə video və foto paylaşanları da. 
***
Bir çoxları kimi mənim də sosial səbəkələrdəki izləyicilərim arasında yüzlərlə erməni millətinin nümüyəndəsi var. Amma mən dünən bircə nəfər də olsun erməninin  (bəzi) bizimkilər kimi bayram şitliyi etməsinin nə videosunu gördüm, nə də bicə fotosunu. Və bu bizim nailiyyətimizdir. Dünən izləyirəm ki, bir-çox düşüncəsizlər Xankəndində keçirilən şadyanalığa dodaq büzürlər ki, “bu nədir? bəs matəm harda qaldı?. Amma bilin ki, bu gün bayram keçirməyə haqqımız çatan yeganə məkan elə Suşa və Xankəndi idi- erməniyə göz dağı vermək, bayramlarını qara gətirmək üçün. Elə bayaq qeyd etdiyim hal da erməni qanacaq-mərifətindən irəli gəlmirdi; səbəb Xankəndindəki çal-çağır idi.  
***
Amma Bakıda və əyalətlərdə, o cümlədən də evimizin içində bunu bir qədər yığcam, təm-təraqdan uzaq etməliydik. Ən azından əvvəldə qeyd etdiyim kimi- etsək də paylaşmamalı idik. Şəhidlərimiz, qəzada dünyasını dəyişənlərin yaxınları xatirinə. 
***
Diqqət etdinizmi? Hər il bayramlarda – “yolka”, bayram tonqalı fonunda ailə fotosu paylaşan Prezidentimiz bu dəfə bunu eləmədi. İnsaf xatirinə desək heç hansısa vəzifə sahiblərinin də uşaqları bu dəfə qıcıq yaradan video və fotolar paylaşmadılar. 
***
Təbii ki, bu yazdıqlarım heç də bütün kasıblara və ya imkanlılara aid deyil. İnsafsızın, vicdansızın hansısa kasta mənsubiyyəti olmur. Ona görə də unutmayaq ki, hər şey dərəcəsində gözəl olur.. 
***
Yeni ilimiz mübarək və uğurlu olsun..

Xəbər lenti
Çox oxunanlar