Zatən istər pandemiya, istərsə də 44 günlük müharibə dövründə də eyni mənzərənin şahidi olmuşduq. Zəlzələ sınağı dövründə də həmin səhnənin şahidi olduq. Yəni kimlərsə fədakarlıq etdi, əsl vətənpərvərlik sərgilədi kimlərsə də yaranmış qarışıqlıqdan istifadə edib özünüreklamla məşğul oldu- "qaz vurub, qazan doldurdu". Belələri üçün Ali hiss, müqəddəs dəyər deyiləcək bir ölçü yoxdur. Belələri öz mənafeləri naminə hər yola hazır olublar. Şəmkirdə çəkilmiş aşağıdakı fotolara diqqət edin. Başda paytaxt Bakı olmaqla bütün bölgələr kimi Şəmkirdə də qardaş Türkiyəyə yardım kampaniyası keçirildi. İnsanlarımız imkanı çatandan yardımını etdi. Ancaq Şəmkirin İcra başçısı maşınların üzərinə "Şəmkirdən Türkiyəyə dəstək" şüarlarını yazdırdı. Bu bir rəzalət, rayon və dövlət adına biabırçılıqdı. Mən icra başçısı Rəşad Tağıyevin ifrat özünə vurğun birisi olduğunu eşitmişdim. Adam gələn gündən rayonda bir çöpü-çöp üstə qoymayıb. Əvəzində az qala hər həftə, Şəmkir RİH-nin rəsmi saytında özünün rayon ərazisində keçirdiyi saxta, görüntü xatirinə təşkil etdiyi görüşlərdən fotosessiyalar paylaşır.( bu bir qədər geniş mövzudur və ayrıca toxunulacaq) . Ancaq bu dərəcədə "narsist" olmasını təsəvvür etmirdim. Bu adam doğrudanmı qanmır ki, bu yardımlar bir dövlətin digər bir qardaş ölkəyə olan dəstəyidir- bir rayonun hansısa bölgəyə köməkliyi yox. Şəmkir rayonunun, İrmaşlı kəndinin məsələyə nə dəxli var? Bəlkə yardımın hansı küçədən toplandığını, köməklik edənin adını-soyadını da yazdıraydın. Rəşad Tağıyev, kömək, dəstək, ianə təmənnasız olur. Xüsusən də qardaşlar arasında. Əminəm ki, siz özünüz bu aksiyada 1manat da olsa pulunuzdan keçmədiniz. Amma heç olmasa Dövlətimizin adını biabır etməyin, gülüş-rişxənd obyektinə çevrilməsinə vəsilə olmayın. Heç olmasa sakit durun. Ləmbəranskilik etməyin!
Etibar Hüseynov.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00