Sədərək TM qardaş ölkəyə yardım etməkdə davam edir

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.
Zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq,Sədərək TM-də rəhbərlik və əməkdaşlar dayanmadan toplanmış yardımları qablaşdırıb,Türkiyəyə yola salırlar. 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsinin ehtiyatından qardaş ölkəyə zəruri tibbi ləvazimatların göndərilməsi həyata keçirilib.
Tibb İdarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiya edicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə 15 tonluq yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Çox oxunanlar