2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər təşkil edib.
protest.az xəbər verir ki, bu göstərici 2026-cı il aprelin 1-i ilə müqayisədə 1,6 min nəfər və ya 0,6% artıb.
İyulun 1-nə qeydiyyatda olan işsizlərin 52,3%-ni qadınlar təşkil edib. Aprelin əvvəlində isə qadınların payı 51,7% olub. Beləliklə, rüb ərzində işsiz qadınların ümumi işsizlər arasında xüsusi çəkisi 0,6 faiz bəndi yüksəlib.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği də artıb. Belə ki, iyulun 1-i vəziyyətinə orta aylıq ödəniş 475,8 manat olubsa, aprelin 1-də bu göstərici 475 manat təşkil edib. Rüblük artım 0,8 manat və ya 0,2% olub.
Qeyd edək ki, ilin əvvəlində qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,8 min nəfər olmuş, onların 51,9 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 452,8 manat idi.
2026-cı il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 417,7 min nəfər təşkil edib. Onların 5 milyon 137,1 min nəfəri məşğul əhali olub. Bu göstəricilər əsasında hesablandıqda, ölkədə işsizlərin sayı 280,6 min nəfər, işsizlik səviyyəsi isə təxminən 5,2% təşkil edib.
Müqayisə üçün, 2026-cı il aprelin 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 389,8 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 108,4 min nəfər olub. Həmin dövrdə işsizlərin sayı təxminən 281,4 min nəfər, işsizlik səviyyəsi isə 5,2% səviyyəsində olub.
Beləliklə, II rüb ərzində iqtisadi fəal əhalinin sayı 27,9 min nəfər və ya 0,5% artıb, məşğul əhalinin sayı isə 28,7 min nəfər və ya 0,6% yüksəlib. Hesablamalara görə, işsizlərin sayı 0,8 min nəfər azalıb, işsizlik səviyyəsi isə dəyişməyərək 5,2% səviyyəsində qalıb.
2026-cı il iyunun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,6 min nəfər təşkil edib. Onların 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Muzdla çalışanların 30,5 min nəfəri neft-qaz sektorunun, 1 milyon 760,1 min nəfəri isə qeyri-neft-qaz sektorunun payına düşüb.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
22-07-2026, 18:00