Azərbaycanda bankları hansı audit şirkətləri yoxlayır? – SİYAHI

Audit şirkətlərinin fəaliyyəti bank sektorunda şəffaflığın təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyır.
protest.az xəbər verir ki, ötən il bankların auditini həyata keçirən şirkətlərdən bəzilərində dəyişikliklər olub. Yəni banklar öz maliyyə hesabatlarının dəqiqliyini başqa şirkətə həvalə ediblər.
Beləliklə, ötən il «AccessBank», «Unibank», «Ziraat Bank» «Bank Avrasiya», «Expressbank», «Bank of Baku» və «Bank Melli İran» öz auditorlarını dəyişiblər. Digər banklar isə audit işlərini eyni şirkətə tapşırıblar.
Ötən il bankların çoxu audit işlərini «Baker Tilly Azerbaijan» audit şirkətinə həvalə ediblər. Belə ki, bu şirkət 2025-ci ildə 8 bankın auditini həyata keçirib. «Ernst & Young Holdings (CIS) B.V.» audit şirkəti 4 bankın, «Deloitte & Touche LLAC» audit şirkəti 3 bankın, «KPMG Audit Azerbaycan» MMC 3 bankın, «Grant Thornton Azerbaijan» audit şirkəti, «Pwc Azerbaijan» audit şirkəti və «Nexia EA» audit şirkəti 1 bankın audit işlərini həyata keçirib.
Audit şirkətlərindən bəziləri öz bank müştərilərini itiriblər. Belə ki, «AccessBank» 2024-cü ildə auditini «Pwc Azerbaijan» şirkətinə tapşırmışdısa, ötən il bu işləri «Deloitte & Touche LLAC» şirkəti görüb. «Unibank» da audit işlərini bu şirkətə həvalə edib, halbuki 2024-cü ildə «Unibank»ı «KPMG Audit Azerbaycan» MMC yoxlamışdı.
Ötən il «Ziraat Bank», «Expressbank»  və «Bank Avrasiya»  da öz auditlərini «Baker Tilly Azerbaijan» audit şirkətinə həvalə edib. Xatırladaq ki, 2024-cü ildə«Ziraat Bank»ı  «Grant Thornton Azerbaijan» şirkəti, «Bank Avrasiya»nı «RSM Azerbaijan» şirkəti, «Expressbank»ı «KPMG Audit Azerbaycan» yoxlamışdı. Bununla da, «RSM Azerbaijan» audit şirkəti Azərbaycanın bank sektorundakı yeganə müştərisini də itirib.
«Bank of Baku» isə öz audit işlərini «Baker Tilly Azerbaijan»dan alaraq «KPMG Audit Azerbaycan» şirkətinə tapşırıb.
«Bank Melli İran» da ötən il auditorunu dəyişib. 2024-cü ildəki şirkəti «Reanda Azərbaycan» audit şirkəti yoxlamışdısa, 2025-ci ildə şirkətin auditini «Nexia EA» şirkəti edib.
Azərbaycan banklarının audit işlərini görən şirkətlər daha ətraflı:

Bank20242025
1Azərbaycan Beynəlxalq Bankı ABBErnst & Young Holdings (CIS) B.V.Ernst & Young Holdings (CIS) B.V.
2Azər‐Türk BankDeloitte & Touche LLACDeloitte & Touche LLAC
3AccessBankPWC AZERBAIJANDeloitte & Touche LLAC
4AFB BankBaker Tilly AzerbaijanBaker Tilly Azerbaijan
5Azərbaycan Sənaye BankıGrant Thornton AzerbaijanGrant Thornton Azerbaijan
6Bank RespublikaPWC AZERBAIJANPWC AZERBAIJAN
7Kapital Bank Ernst & Young Holdings (CIS) B.VErnst & Young Holdings (CIS) B.V
8Paşa BankErnst & Young Holdings (CIS) B.VErnst & Young Holdings (CIS) B.V
9UnibankKPMG Audit Azerbaycan" MMCDeloitte & Touche LLAC
10VTB bankBaker Tilly AzerbaijanBaker Tilly Azerbaijan
11XalqBankKPMG Audit Azerbaycan" MMCKPMG Audit Azerbaycan" MMC
12Yelo BankKPMG Audit Azerbaycan" MMCKPMG Audit Azerbaycan" MMC
13Ziraat BankGrant Thornton AzerbaijanBaker Tilly Azerbaijan
14Bank AvrasiyaRSM AzerbaijanBaker Tilly Azerbaijan
15Yapı Kredi AzərbaycanErnst & Young Holdings (CIS) B.V.Ernst & Young Holdings (CIS) B.V.
16RabitəbankBaker Tilly AzerbaijanBaker Tilly Azerbaijan
17Expressbank“KPMG Audit Azərbaycan” MMCBaker Tilly Azerbaijan
18Bank of BakuBaker Tilly Azerbaijan“KPMG Audit Azərbaycan” MMC
19Premium BankBaker Tilly AzerbaijanBaker Tilly Azerbaijan
20Turan BankBaker Tilly AzerbaijanBaker Tilly Azerbaijan
21Bank Melli İranREANDA AzərbaycanNexia EA

Xəbər lenti
Çox oxunanlar