İranın devrilmiş şahının hazırda Amerikada yaşayan arvadı Fərəh Pəhləvi mühacirətdəki iranlılara müraciət edib.
protest.az xəbər verir ki, əslən azərbaycanlı olan Fərəh Pəhləvi mərhum əri Məhəmmədrza Pəhləvinin vəfatının 47-ci ildönümünün Misirdə qeyd olunmasına şərait yaradılmasından razılıq edib.
“Misir Ərəb Respublikası və onun prezidentləri ilk gündən bu günədək Pəhləvi ailəsinə qardaşlıq sevgisi ilə yanaşıb, hər zaman yanımızda olublar. Mən göstərilən bu səmimi dostluq və diqqətə görə daim minnətdar olacağam”, - o deyib.
Fərəh Pəhləvi sosial medaidakı müraciətində bildirib ki, bu il Misir hökuməti təhlükəsizlik məsələlərini və bölgədəki mürəkkəb vəziyyəti nəzərə alaraq, anım mərasiminin yalnız Pəhləvi ailəsinin iştirakı ilə, məhdud formatda keçirilməsini məqsədəuyğun hesab edib.
“Bu il sizin yoxluğunuzda mən təkcə öz adımdan deyil, həm də hamınızın adından şahənşahın əziz xatirəsini ehtiramla yad edəcəyəm”, - o mühacir iranlılara bəyan edib.
Xatırlaadq ki, İranda şah rejimi – Pəhləvilər sülaləsi 1979-cu ildə devrilib.
Pəhləvilər 1925-ci ildə ingilislərin köməyilə İrandakı sonuncu türk sülaləsi olan Qacarları devirərək hakimiyyəti ələ keçirmişdilər. 1925-1979-cu illər arasında İranda hakimiyyətdə olmuş Pəhləvilər sülaləsi ən qəddar rejim kimi xatırlanır.
1979-cu ildə şah hakimiyyəti devrilib və İran İslam Respublikası elan edilib.
Nəticədə şah ailəsi İrandan Misirə qaçıb. Şah Məhəmmədrza Pəhləvi 27 iyul 1980-ci ildə 60 yaşında Misirin paytaxtı Qahirədə xərçəngdən ölüb.
Şahın ölümündən sonra Misir prezidenti onun ailəsinə yaşamaları üçün saray ayırıb. Amma Misir prezidentinin qətlə yetirilməsi səbəbilə Fərəh Pəhləvi və övladları bu ölkəni tərk edərək, ABŞ-ın dövlət başçısı Reyqanın dəvəti ilə okeanın o tayına yollanıb.
Fərəh Pəhləvi devrilmiş şah Məhəmmədrza Pəhləvinin 3-cü arvadıdır.
Farslaşmış azərbaycanlı olan Fərəh Pəhləvi İranda hazırkı rejimin devrilməsini arzulayır. Onun istəyi oğlu Rza Pəhləvinin İranda hakimiyyət başına keçməsidir.
Fərəh Pəhləvi ilə Məhəmmədrza Pəhləvinin 4 övladı dünyaya gəlib.
2001-ci ildə Fərəh Pəhləvinin kiçik qızı Leyla ABŞ-da vəfat edib.
2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verib: şahın kiçik oğlu Əlirza Pəhləvi özünü güllə ilə vuraraq, intihar edib.
Bu gün Fərəh Pəhləvi, böyük oğlu Rza Pəhləvi, böyük qızı Fərəhnaz Vaşinqtonda yaşayırlar.
Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00