Bu gün “Qarabağ”ın “pley-off”dakı rəqibi bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinin püşkatması keçiriləcək.

protest.az xəbər verir ki,püşkatma nəticəsində “Qarabağ”ın UEFA Çempionlar Liqasının “pley-off” mərhələsindəki rəqibi də məlum olacaq.

Komandamız 1/8 finala vəsiqə üçün ya PSJ (Fransa), ya da “Nyukasl” (İngiltərə) klubu ilə yarışmalı olacaq.

Pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17-18 fevral və 24-25 fevralda oynanılacaq.
 
Püşkatmadan öncə 16 komanda iki səbətə bölünüb.
Səpələnmişlər (9-16-cı yerlər):
"Real" (İspaniya)
"İnter" (İtaliya)
PSJ (Fransa)
"Nyukasl" (İngiltərə)
"Yuventus" (İtaliya)
"Atletiko" (İspaniya)
"Atalanta" (İtaliya)
"Bayer 04" (Almaniya)
 
Səpələnməmişlər (17-24-cü yerlər):
 
"Borussiya" (Dortmund, Almaniya)
"Olimpiakos" (Yunanıstan)
"Brügge" (Belçika)
"Qalatasaray" (Türkiyə)
"Monako" (Fransa)
"Qarabağ" (Azərbaycan)
"Budyo-Qlimt" (Norveç)
"Benfika" (Portuqaliya)

Çox oxunanlar