Ötən gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.
protest.az xəbər verir ki, bu turdan sonra İngiltərənin "Arsenal" klubu 1/8 finala vəsiqəni rəsmiləşdirən ilk komanda olub. Bunun ardınca "Bavariya” (Almaniya) da Çempionlar Liqasında 1/8 finala vəsiqəni təmin edib.
"Vilyarreal" və "Kayrat"ın isə Çempionlar Liqası ilə vidalaşacağı dəqiqləşib.
Azərbaycan çempionu “Qarabağ” Bakıda "Ayntraxt"ı (Almaniya) 3:2 hesabı ilə məğlub edərək turnir cədvəlində 18-ci sıraya yüksəlib.
"Qarabağ" Liqa mərhələsinin son görüşündə "Liverpul"la (İngiltərə) qarşılaşacaq.
Komandamız pley-offa yüksəlmək üçün yaxşı şans qazanıb.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır.
25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00