Günün fotosu. Putinin qızı üzə çıxdı

Putinin qızı üzə çıxdı.
“Exo Moskvı” radiosunun baş redaktoru şəxsi bloqunda Mariya Vorontsovanın şəklini dərc edib. Çərçivədə o, zərif mavi kostyumda və boz ayaqqabıda görünüb.
Sarışın obrazını zərif aksesuarlar - broş, eləcə də mirvari sırğalar tamamlayıb. Prezidentin böyük qızı Mariya Vorontsova Sankt-Peterburqda Qadınlar Forumunda çıxış edib.Yeri gəlmişkən, Putinin qızları- Mariya və Katerina həqiqətən də parlaq təhsili ilə öyünə bilərlər. Tixonova, fizika-riyaziyyat elmləri namizədi, Moskva Dövlət Universitetinin Elmi-Texniki Mərkəzinin yaradılması ilə məşğuldur. Forumda Mariya “DNT-nin öyrənilməsi, özünü tanımaq yolu kimi” ekspert sessiyasının moderatoru kimi çıxış edib. “Genetika güclü bir vasitə kimi sağlamlığımıza, eləcə də gələcək uşaqlarımızın sağlamlığına daha şüurlu yanaşmağa kömək edəcək” deyib.
Vorontsova Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinologiya Mərkəzinin aparıcı elmi işçisi və Rusiya Elmin İnkişafı Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.

Çox oxunanlar