Bilirdim ki, bir atımlıq barıtınız var. Ona görə də gözlədim ki, barıtın iyisi-qoxusu, tüstüsü çəkilsin sonra yazım.
Azərbaycan əhalısinin böyük əksəriyyəti ərəb ölkələrində olub. Həm turist kimi, həm də zəvvar qismində. Ona görə də ərəbin pinti, kirli, qaba olduğunu hamı bilir. Hətta İslamın beşıyi sayılan Məkkə və Mədinədə, Kərbəla və Nəcəfdə belə (bir qism istisna olmaqla) əhalinin böyük hissəsi o gündədir. Sanki 1200 əvvəl-yəni islam dini meydana çıxandan, o coğrafiyada həyat donub. Bu yerlərə səyahət etmək sehrli xalatı geyinib keçmışə qayıtmağa bərabər bir şey sayıla bilər. Nahaq yerə Məhəmməd peyğəmbər "Mən ərəbəm, amma ərəb məndən deyil" deməyib.
Amma dediklərim heç də bütün ərəblərə aid deyil. Onların da içində savadlısı, imanlısı, pullusu var. Və turist kimi uzaq ölkələrə səyahətə də məhz belələri gedir.
***
Yəqin ki, hər biriniz elə başlığı oxuyan kimi söhbətin, bu günlərdə bir neçə ərəbin Şəhidlər xiyabnında etdiyi ədəbsizlıkdən gedəcəyini yəqin etdiniz. Bəli, onların etdiyi heç bir etik və mənəvi çərçivəyə sığmır: bu öz yerində. Və ona görə də layiqlı cəzalarını aldılar. Mən bununla bağlı ictimaiyyət arasında yaranmış etirazı da başa düşürəm. Amma gəlin necə deyərlər "əyri otursaq da, düz danışaq" da.
***
Bəs biz özümüz necə- heçmi günahkar deyilik? Bu hadisə baş verməmişdən xeyli əvvəl də Şəhidlər xiyabanına bitişik parkda gənclərin gecələr öpüşüb-sevişməsi barədə dəfələrlə videolar paylaşılıb. Bununla bağlı hansısa tədbirlər görüldümü? Xeyr, görülmədi. Sual edirəm: niyə ölkədəki irili-xırdqalı marketlərdə, ticarət mərkəzlərində, parklarda, bulvarda, bir sözlə hər küncdə-bucaqda müşahidə kameraları, mühfizəçılər olduğu halda Şəhidlər xiyabanlarında bunlar yoxdur? Bu gün az qala dünüən meydana çıxan manıs tayfasının nümayəndələri belə mühafizəçı ilə gəzir. Nəzarətsiz, baxımsız yerlərdə isə nə desən baş verir. Ona görə də ərəblərdən əvvəl biz o məkanlara cavabdeh şəxləri qınamalıyıq ki, nə üçün o cürə həssas, mənəvi cəhətdən bizlərə Ali sayılan yerlər bu dərəcədə nəzarətsiz qoyulur? Niyə orada mühafizəçi yoxdur, izləmə kameraları quraşdırılmayıb, turistləri müşayət edən gidlər bu məkan, onun mənəvi çəkisi barədə qonaqları mülumatlandırmayıb? Və bu baxımdan tək Şəhidlər xiyabanına fokslanmaq istəmirəm.
***
Ölkə boyu turizm sektoru və onun fonunda iaşə, taksi, otel xidməti də bərbad gündədir. Ölkəyə gələn turislərin "atasını yandırırlar". Və onlar da bu sektorlardakı dərəbəylikdən yaranan qəzəbi hansısa formada ifadə edirlər. Yəqin ki, xatırlayırsız: bir neçə il əvvəl ərəblərdən biri "Marxal"dakı hovuzda çımərkən öz "böyük ehtiyacı"nı birbaşa basseynə boşaltmışdı. O vaxt həmin hadisə də böyük səs-küyə səbəb olmuş, və eynən indiki kimi ərəblərin nə qədər vəhşı, bədəvi olduğu barədə söhbətlər gündəmi zəbt etmişdi. O cümlədən də tez-tez mətbuat və sosial şəbəkələrdə ərəblərin avtobuslarda, otel və kirayə qaldıqları evlərdə özlərindən sonra necə bir natəmizlık qoyub getmələri barədə də süjetləri görmüşük.
***
Amma yazımın əvvəlində də qeyd etdim ki, ərəblər nə qədər pinti, mədəniyyətdən uzaq olsa da, səyahətə gedənlərin əksəriyyəti imkanlı, savadlı, xarici dil bilən qismdən ibarət olan kəslərdir. Və sizi inandırım ki, həmin hovuzu murdarlayan ərəb də, o dərəcədə mədəniyyətdən uzaq, qanmazın biri deyil. Sadəcə bizdə turistləri, xüsusən də ərəbləri, iranlıları, indusları "minirlər", soyurlar, adam yerinə qoymurlar. Və heç bir qurum da onların hüquqlarını müdafiə etmir. Bax ona görə də onlar da öz acıqlarını bu cürə çıxırlar.
***
Yerindən duran yazır ki, ərəblər bizim qızlarla gəzir və ya filan-besməkan. Amma həmişə misal gətirilən "Tarqovu"da, eləcə də gecə klublarında məhz həmin fahişələrimizdi ərəbin qoluna girib, qucağında oturan. Mən indiyə qədər oxumamışam ki, hansısa ərəb və ya iranlı burada bir azərbaycanlı qızı zorlasın, qarət etsin və ya ondan nəsə oğurlasın. Amma bizim fahişələrin onların başına nə oyunlar açdıqları barədə nələr görüb, nələr eşıtmişik. Haradan olmasından asılı olmayaraq turistin, gəldiyi məkanın gecə klubunda və ya saunasında istirahət etməsi normal haldır. Guya bizimkilər xaricə tarixi yerlərə və ya muzeylərə baxmağa gedir? Ay-hay..
***
Guya ki, ərəb gəlməmişdən qabaq Bakıda nə fahişə yox idi, nə trans, nə də qey. Tam əminliklə deyirəm ki, bu gün paytaxta gələn turistləri yerli trans və geylərdən, "mama roza"lardan qorumağa daha çox ehtiyac var, nəinki əksinə..
***
Deyiləsi, yazılası çox məqam var. Sadəcə uzun-uzadı yazıb sizləri yormaq istəmirəm. Qısaca desək: nə baş verirsə ilk növbədə günahkar özümüzük. Bizlər isə həmişə günahı başqasında görməyə alışmışıq. Çünki bu ən asan və rahat yoldu. Biz nə vaxt öz daxilimizdə bir nizam-intizam, qayda-qanun yaratdıq ki, kənardan gələn də buna əməl etmədi? Dünyanın bütün sivil ölkələrində turistlərə xüsusı diqqət və ehtiram göstərilir. Onlara qarşı edilən dələduzluq layiqincə cəzəlandırılır. O cümlədən də turist də hansısa qaydaları pozurlarsa, kimliyindən asılı olmayaraq cəzalandırılır.
***
İnanın ki, dünyanın ən pullu, nizam-intizamlı turisti elə həmin türk, ərəb, iranlı, hindistanlısı sayılır. Ən azından əksəriyyəti imanlı müsəlmandı. Yəni əksəriyyəti içkidən uzaq, halal-haram qanandı. (təbii ki, istisnalar yox deyil). Amma biz nə edirik? Türkiyəli pisdi, iranlı pis, ərəb pis, hindusu pis və.s.
Ay, qardaş niyə? Bu adlarını çəkdiklərim bəyəm başqa yerlərə getmir, elə bizə gəlir? Niyə bunlar hər yerdə özünü apara bilir, bizdə yox? Bəlkə nəhayət ki, günahı özümüzdə axtaraq.
***
Ölkə boyu harada bir mənzərəli yer, bulaq, göl varsa ətrafı zibilxanaya çevrilib. Hətta dünən azad edilmiş torpaqlarımızda belə həmin natəmizliyin şahidi oluruq. Onlara şəhid abidəsi var ki, baxımsızlıq ucbatından sökülüb-dağılıb. Bayraqlarımız var ki, rəngi solub, cırıq-cırıq olub; mətbuat yazıb-göstərməyincə dəyişdirilmir. Bunu da erməni edir? Yoxsa ərəbi, farsı, hindusu?
***
Əslində ölkəyə gələn turist həm də bir qonaqdı. Ona o dərəcədə diqqət və qayğı göstərməlidi ki, buradan ən xoş təəssüratlarla ayrılsın. Yenə də gəlsin. Növbəti dəfə dostlarını-tanışlarını da gəlməyə sövq etsin. Amma bizlər gələnlərin dədəsinə elə od qoyuruq ki, yazıqlar başını götürüb qaçır. Təxminən on il əvvəl Bakı, o cümlədən də regionlar ərəb və iranlı turistlələ dolub-daşırdı. Amma bir qədər sonra onların başına elə oyun açdılar ki, ölkədən didərgin düşdülər. İndi hamısı qonşu Gürcüstan və Ermənistana gedir.
***
Ona görə də ilk növbədə özümüzdən başlamalıyıq. Yoxsa türkiyəlisi pis, ərəbi pis, rusu pis deyib hamıya ağız büzürüksə- axırı nə olsun? Xüsusən də indi-quru sərhədlərinin bağlı olduğu bir zamanda, ölkəyə turist axınının olması çox vacibdir. Tək Bakı üçün deyil, əsas da regionlarımız üçün. Amma nə baş verir?- təyyarə bieti od qiymətinə, otel, taksi, yemək, əyləncə də həmçinin. Hər cürə şərait, infrastukturumuz olsa da, ölkədə ciddi turist qıtlığı yaşanır.
***
Əvəzində də heç kəsi də bəyənmirik.
Onda oturun gözləyin ki, nə vaxtsa yaponiyalı, kanadalı, avstralıyalı, braziliyalı gəlsin. Gözləyin ha, gələcək. Ay-hay..