Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən Malatyada yaşayan hamilə Sonay Arpacı dağıdıcı zəlzələdən ailəsi ilə birlikdə evindən qaçaraq xilas olub.
Sonay Arpacı körpəsini qucağına almağa saatlar qalmış zəlzələyə yaxalanıb və ailəsi ilə birlikdə evdən çıxmağı bacarıb.
Arpacı ailəsi 2 gün maşında qalmalı olub. Daha sonra Elazığa köçən ailə AFAD-ın yardım təyyarəsi ilə İstanbula gəlib. Təxliyyə təyyarəsi ilə İstanbula gətirilən Sonay Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında doğum edib.
Qorxulu anlarda həm həyat yoldaşı, həm də körpəsi üçün narahat olan ata Faruk Arpacı acı-şirin sevincindən də “TRT Haber” ə danışıb:
“Uşağımızı qucağımıza aldıq. Sevindik, Allaha şükürlər olsun ki, həyat yoldaşım zərər görmədi, övladımız sağ-salamat dünyaya gəldi. Həm sevinc, həm kədər, həm də acı”.
3 kilo yarım doğulan Məhəmməd Göktuğ zəlzələdən sonra ümidləri canlandıran körpələrdən biri oldu.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00