Ermənistan Silahlı Qüvvələrinin yanğın təhlükəsizliyi xidmətinin rəisi tutduğu vəzifədən azad ediləcək

 Ermənistanın Qeqarkunik rayonundakı hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi həlak olub.
Ermənistan Silahlı Qüvvələrinin yanğın təhlükəsizliyi xidmətinin rəisi tutduğu vəzifədən azad ediləcək. Bu barədə Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
Azat kəndində 15 hərbçinin həlak olduğu yanğından sonra o, işdən çıxarılacaq.
Bundan əvvəl 2-ci korpusun komandiri Vahram Qriqoryanın da tutduğu vəzifədən azad ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Xəbər lenti
Çox oxunanlar