Masallıda ev yandı, 1 nəfər xəsarət aldı

Masallıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.


Bu barədə saytımıza məlumat Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, rayonun Qəriblər kəndində ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Xəbər lenti
Çox oxunanlar