Pelenin qızıldan tabutu və varisi

Futbolun Kralı gözlərini əbədi yumdu. Artıq  "Santos" Futbol Klubu onun dəfn mərasimi üçün hazırlıqlara başlayıb. Meydançanın mərkəzində böyük çadır qurulub, orada kənarlarında Pelenin təsviri olan qızıl tabut var.  “Santos” Pelenin doğma komandasıdır. Burada o, bütün rekordlarına çatdı. "Santos"dan futbolçu üç dəfə dünya çempionu olduğu Braziliya millisinə yollanıb.Son aylarda 82 yaşlı Pele kimyaterapiyadan keçsə də, müsbət nəticə verməyib. 2021-ci ilin sentyabrında Peledə xəstəxanaya yerləşdirildiyi problemlərə görə kolon şişi diaqnozu qoyuldu. Bundan əlavə, omba dəyişdirmə əməliyyatından sonra, həmçinin böyrək və prostat xəstəliklərinə görə səhhətində problemlər yaranıb. Futbol əfsanəsi Pele həyatının son günlərində müasir futbolda ehtimal olunan varisi ilə bağlı fikirlərini bölüşüb. Görkəmli braziliyalının fikrincə  Kilian Mbappeni planetin ən yaxşı futbolçusu statusuna iddialıdır, və məhz o, onun “varisi” ola bilər. "Mbappe mənim varisim ola bilər və bu zarafat deyil. Mən özümü onun sürətlə oynamaq bacarığında görürəm. O, sürətli düşünə bilən forvarddır. Topu qəbul edərkən, o, daha sonra nə edəcəyini, hara gedəcəyini və ən yaxşı həll yolu tapmaq üçün oyunu necə oynayacağını artıq bilir. Bunlar müasir futbolda çox vacib keyfiyyətlərdir. Bundan əlavə, Kilian da mənim kimi sürətli qaçır və dribling edir”, -  La Gazzetta dello Sport Peledən sitat gətirir. 

Çox oxunanlar