Ermənistan parlamentində gözlənilməz qalmaqal

Ermənistan parlamenti, Azərbaycan Milli məslisinə ünvanlanmış bəyanatı qəbul etməyib. Üç saat davam edən müzakirələrdə Ermənistan hakimiyyəti və müxalifəti Azərbaycan Milli Məclisinin bəyanatına cavab olaraq ortaq mövqe ortaya qoya bilməyib. Ona görə də Ermənistan müxalifətinin Azərbaycan parlamentinə ünvanladığı təklif qəbul edilməyib. “Hayastan” fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd layihəsini zalda iştirak edən 97 deputatdan cəmi 29-u dəstəkləyib. Qalanları bitərəf qalıb. Səsvermədən əvvəl üç saatlıq müzakirələr aparılıb və bu müzakirə zamanı iqtidar və müxalifət arasında danışıqlar prosesi və ölkə rəhbərliyinin hərəkətləri ilə bağlı qızğın müzakirələr başlayıb. Milli Məclis noyabrın əvvəlində Azərbaycan parlamentinin qəbul etdiyi analoji sənədə cavab olaraq “Hayastan” müxalifət blokunun təklif etdiyi bəyanat layihəsini müzakirə etmək və qəbul etmək üçün cümə günü növbədənkənar iclas keçirib. Mətndə “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim fraksiyaya xoş gəlməyib. Qeyd edək ki, Azərbaycan Milli Məclisinin bəyanatında Ermənistana qarşı təcavüz, terror və soyqırımı aktları o cümlədən Ermənistanın Azərbaycanin yaşayış məntəqələrini dağıtmaqda, dinc sakinləri öldürməkdə və s. ilə bağlı ittihamlar da bildirilmişdi.

Çox oxunanlar