Bolqarıstan ukraynalı qaçqınların qidalanmasını dayandırıb

Bolqarıstandakı otellər pul çatışmazlığı səbəbindən ukraynalı qaçqınların qidalanmasını dayandırıb
Sofia Globe: Bolqarıstan otelləri Ukraynadan olan qaçqınları qidalandırmağı dayandırdı. Bolqarıstanda ukraynalı qaçqınlar üçün yerləşdirmə proqramı dəyişdirili və qidalandırma çıxarılıb. Xəbər verildiyi kimi, dəstək proqramındakı dəyişikliklə əlaqədar bəzi Bolqarıstan otelləri ukraynalı qaçqınların qidalanmasını dayandırıb, çünki dövlət tərəfindən ayrılan 15 bolqar levi (477 rubl) xərcləri ödəmək üçün kifayət etmir. Bununla belə, bəzi otellər könüllülük əsasında qaçqınları yedizdirməkdə davam edir.
"Son üç gündür ki, qaçqınları öz hesabımıza ərzaqla təmin edirik, lakin bu gündən etibarən onlara yemək verməyi dayandırırıq, çünki buna imkanımız yoxdur", - bunu Qara dəniz sahilindəki otelin sahibi Mixail Zeqov deyib. qeyd edək ki, bu gün Dövlət dəstəyi proqramı üzrə Bolqarıstanda  10 minə yaxın ukraynalı qaçqın yaşayır.


Çox oxunanlar