Müharibə bitsə də, Ermənistan hələ də mina istehsal edir və ...

Azərbaycan ərazilərində minatəmizləmə prosesində beynəlxalq dəstək biz istədiyimiz dərəcədə deyil.Bunu Trend-ə açıqlamasınsa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O qeyd edib ki, təəssüflər olsun ki, proses çox ləng gedir.“Lakin biz Minatəmizləmə Agentliyi olaraq müvafiq dövlət qurumları ilə birlikdə bu istiqamətdə işlər aparırıq. Ümid edirik ki, yaxın gələcəkdə bu dəstəyin miqyası və həcmi böyüyəcək”, - deyə V.Süleymanov əlavə edib.
Onun sözlərinə görə, Laçın rayonu ərazisində 2021-ci il Ermənistan istehsalı olan piyada əleyhinə minaların tapılması onu göstərir ki, qarşı tərəf məkirli əməllərindən əl çəkmir. Müharibə bitsə də, Ermənistan hələ də mina istehsal edir və ərazilərimizdə basdırır.
Qeyd edək ki, 10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 min hektar ərazi minadan təmizlənib, 76 810 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. 2-ci Qarabağ müharibəsindən keçən dövr ərzində 268 nəfər mina partlayışından zərər çəkib, onlardan 44 nəfəri həyatını itirib.

Çox oxunanlar