"RAHAT" marketlərdə müştəriləri necə "rahatlıyırlar"?...

Bir vaxtlar ölkənin ən çox müştərisi olan YDM-i "LUKOYL" idi. Amma zaman-zaman bu şirkət müştəri çoxluğunu görüb "çaşdı" və başladı oğurluğa. Yəni müştərilərə satılan yanacağın həcmində kəsirlər etdi. Və  bir müddət sonra bu kütləvi hal almağa başladı. LUKOYL-dakı bu oğurluq faktları da müntəzəm olaraq mətbuat və televiziyada işıqlandırıldı. Buna görə də qısa müddətdən sonra LUKOYL kütləvi şəkildə müştərilərini itirdi. İndi bu YDM-ə heç kəs getmir. Yalnız əlacsizlıqdan yolda benzini tükənməkdə olan sürücülərdən başqa. İndi " Rahat" marketlər şəbəkəsi də eynən LUKOYL yolu gedir. Bu marketdə baş verən saxtakarlıq və oğurluq kütləvi hal alıb. Tez-tez mətbuat və televiziyada o cümlədən də sosial şəbəkələrdə bu market şəbəkəsində baş verən neqativ hallar barədə metəmadi olaraq xəbərlər yayımlanır. Bu günlərdə redaksiyamıza müraciət edən vətəndaşlardan biri görün nə söyləyir: Evimizə yaxın olduğuna görə "Bakı-Sumqayıt" yolu üstündə yerləşən "Rahat"dan alver etməyə məcburam. Amma əksər hallarda burda saxtakarlıqla üzləşirəm. Satışda vaxtı keçmiş, keyfiyyətsiz məhsulların olması bir yana dəfələrlə saxta qiymət artımı ilə də üzləşmişəm. Əksər vaxtlarda vitrində yazılan qiymətlə, kassa çekində vurulan qiymət üst-üstə düşmür. Və hər dəfə də marketin administratoru yaxınlaşaraq üzrxahlıq edir, bunun qəsdən edilmədiyini bildirir. Bu günlərdə  rarstlaşdığım hadisə isə səbrimi tamam daşdırdı. Belə ki, ət bölməsindən "malın ağ əti"ni aldım. (yalnız 1 ədəd qalmışdı deyə onu aldım).  Mənə 3.16 man olduğunu dedi. Sonra isə qonşuluqdakı "Araz" marketdən bir qabda quzunun böyrəyi və ağ ətini aldım. Qiymətinə baxanda "şok" oldum. Həcmcə "Rahat"dan az qala 3 dəfə çox olsa da, qiymət 4.77 manata. Çeklərə baxdım. "Rahat" "MALIN ağ ətini" kilosonu- əmlik quzu əti qiymətinə, yəni 17!! manata satıbmış. "Araz" və digər marketlərdə isə qiymət 10 man. və ya daha ucuzdur. Deməli düz 7-8 man. bahasına.  Məsələyə aydınlıq gətirmək üçün yenidən "Rahat"a qayıtdım. Admistratordan nə üçün "malın ağ ətini", "quzu əti kodu"yla 17 manata satıldığını soruşdum. Admistrator da ənənəvi ssenariyə uyğun rolunu oynamağa başladı. guya ki, hansısa kağız-kuğuza baxdıqdan sonra adət etdiyimiz cavabı verdi-" Bağışlayln, kod və qiymət səhv vurulub. Üzr istəyirik. Səhvimizi düzəldərik".  Nə az, nə çox-düz 8 manatlıq "səhv". Necədir sizinçün?  Bax beləcə "Rahat"da müştəriləri rahatlıyırlar. Guya ki, bu şəbəkənin rəhbərliyi halal adamdı, mömindi. Və ona görə də "Rahat"da spirtli içkilər satılmır. Amma görünən odur ki, burada da din pərdəsi altında dələduzluqla məşgul olurlar. Və belə getsə tezliklə "Rahat" da "LUKOYL"un aqibətini yaşayacaq. Biz isə oxucularımıza "Rahat"ı və bu qəbildən olan dələduz yuvalarını baykot etməyə çağırırıq. 

Talib Agayev_protest

Çox oxunanlar