İrəvan küçələrində iylənmiş balıq satılır

Ermənistanda küçə ticarəti hələ də problem olaraq qalır. Milad bayramı ərəfəsində isə balıqlar da satışa çıxarılıb. Lakin müvafiq müfəttişliyinin küçədə yoxlama aparmaq səlahiyyəti yoxdur.
Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin qaynar xəttinə isə iylənmiş balıqların satışı ilə bağlı heç bir məlumat daxil olmayıb. Bu barədə konsaltinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anuş Arutyunyan məlumat verib. Bundan əvvəl isə sosial şəbəkələrdə İrəvan küçələrində və Ermənistanın bir sıra digər şəhərlərində köhnə balıqların satıldığı barədə məlumatlar yayılıb. Polis balıqçılıq təsərrüfatlarında yoxlama aparıb: təsərrüfat subyektlərindən biri 60 tona yaxın zay balığı basdırdıqlarını etiraf edib. "Qəribədir ki, qaynar xəttimizdə ölmüş balıqların satışı ilə bağlı heç bir mesaj olmayıb. Amma biz sosial şəbəkələrdəki mesajları da nəzərə alırıq, onlara reaksiya verir və şərhlərdə cavab veririk ki, insanlar xəbər tutsunlar. Vətəndaşlara bildiririk ki, küçədə satılan balıqları almağa ehtiyac yoxdur. Bu, hər bir halda təhlükəlidir”, - deyə Arutyunyan qeyd edib.
Hazırda müfəttişlik bir neçə balıqçılıq təsərrüfatında belə problemlərin olub-olmadığını yoxlayır. Arutyunyan bildirib ki, təsərrüfatların birində aparılan yoxlama zamanı orada xəstəliyə yoluxmuş balıqların yetişdirildiyi məlum olub.
Xatırladaq ki, “Ermənistan Balıq Yetiştiriciləri və Balıq İxracatçıları Birliyi” qeyri-hökumət təşkilatının sədri Artur Atoyan daha əvvəl bildirmişdir ki, respublikada kütləvi balıq itkisi başlayıb, buna səbəbsə İrandan xəstəlik yayan balıq partiyasının gətirilməsi olub.

Çox oxunanlar