Moldova hava məkanını bağladı

Moldova hökuməti müvəqqəti olaraq ölkənin hava məkanını bağlayıb.
Bu barədə məlumatı “Air Moldova” aviaşirkəti açıqlayıb.
“Hazırda Moldovanın hava məkanı bağlıdır, reyslərin bərpa edilməsini gözləyirik”, - deyə məlumatda vurğulanıb. 
Qeyd olunur ki, Moldova mediasının daha əvvəl yaydığı məlumata görə, aviaşirkətlərə respublikanın hava məkanında kəşfiyyat xarakterli uçan obyektin aşkar edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Çox oxunanlar