Yuxarı Lars keçid məntəqəsi ilə Gürcüstandan Rusiyaya gedən yol yük maşınları üçün bağlanıb. Bu barədə “İmedi” telekanalına müsahibəsində Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin yollar departamentinin rəis müavini Pavle Qamkrelidze bildirib.
"Hazırda məhdudiyyət Kobi-Qudauri hissəsində qalır. Xüsusilə, güclü külək səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağandır", - Qamkrelidze bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər təhlükəsizlik məqsədilə tətbiq edilib.
Rəsmi əmin edib ki, havalar yaxşılaşan kimi maneəsiz hərəkət bərpa olunacaq.
Minik avtomobillərinə gəlincə, tunellərdə birtərəfli hərəkət rejimi işləyir.
Xatırladaq ki, Gürcüstan Hərbi Magistralı hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Pis hava şəraitinə görə vaxtaşırı bağlanır.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00