Azərbaycan səhiyyəsinin ən ağrılı və problemli sahələrindən olan laboratoriya analizlərinin qeyri-dəqiq çıxması, yaxud bəzi analizlərin ümumiyyətlə ölkəmizdə olmaması sağlamlığımızı şübhə altına alırdı. Bu özünü pediatriya sahəsində daha qabarıq göstərirdi. Artıq bu problemlər bizim üçün tarixə qovuşub.
İndi artıq uşaqların müayinəsi və müalicəsində yeni, dəqiq nəticələr əldə etmək mümkündür.
TƏBİB-in tabeliyindəki Respublika Pediatriya Mərkəzində yaradılan müasir laboratoriya sistemi buna deməyə əsas verir.
Qeyd edək ki, bir müddət əvvəl TƏBİB tərəfindən Azərbaycanda ilk dəfə laboratoriya nümunələrinin daşınması üçün "ağıllı daşıma sistemi" tətbiqinə başlanılıb.
protest.az xəbər verir ki, "baku.ws" əməkdaşları Respublika Pediatriya Mərkəzində yeni fəaliyyətə düşən laboratoriyada olub.
Müşahidələr zamanı həmin laboratoriyada uşaqların analizlərinin rahat, son dərəcə müasir və ağıllı texnologiya vasitərilə tam dəqiq, tez aparıldığını gördük.
Qeyd edək ki, ilk dəfə olaraq ölkədə Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında biokimya və immunassay cihazları bir-birinə inteqrasiya olunmaqla heç bir mexaniki müdaxiləsiz tam avtomat qapalı sistem qurulub. Cihaza eyni anda 300 xəstə nümunəsi yüklənə bilinir.
![]()
Cihazlar çox kiçik həcmli qan nümunələrindən bir sıra testləri icra edə bilir. Bu isə öz növbəsində test nəticələrinin daha qısa müddətdə əldə edilməsinə, xəstədən alınan 1 tüp qandan eyni anda daha çox test parametrinin işlənilməsinə, mexaniki müdaxilənin minimuma endirilməsinə səbəb olur.
Laboratoriyalarda qurulan tam avtomat sistem ən son beynəlxalq standart və sertifikatlara malikdir.
Respublika Pediatriya Mərkəzinin direktoru, uzman doktor, Azər Əhmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycan pediatriya sahəsində yeni və uğurlu mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, bu mərhələnin önəmli hissəsi olan yeni laboratoriyada analizlərin nəticələrində hansısa xətanın qeydə alınması artıq mümkünsüzdür. Çünki burada hər şey demək olar avtomatlaşdırılmış və birbaşa insan faktorundan kənarda tənzimlənir.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
4-06-2026, 18:00