“Cəmiyyətə pis nümunə olan narkotik maddələr istifadə edən bəzi meyxanaçılar”
“Ələkbər Yasamallını və onun kimi həmkarlarını kimlər niyə təbliğ edirlər?”
Nədənsə az qala meyxanalarının hər qafiyəsində “Əhlibeyt, Ya Əli, Ya Mehdi” v.s kimi ifadələr işlədib özlərini dindar kimi aparan meyxanaçıların həyat tərzlərinə nəzər salanda böyük əksəriyyətinin ən azı yüngül narkotik istifadəçilərinin olduqlarına şahid olursan. Yaxın keçmişə nəzər salsaq, xeyli məhşur meyxanaçıların məhs ağır sintetik narkotik vasitələrinin istifadəçiləri olduğundan dolayı cavan yaşda dünyalarını dəyişdiyinin şahidi olarıq.
Meyxana camiyəsində kütləvi narkotik vasitələrdən istifadəylə yanaşı meyxanalarında həmdə gənclərimizi cinayətkar aləmə təşviqdə mövcuddur. Demək olar ki,meyxana məclislərində dini meyxanalarla yanaşı cinayətkar aləmin nüfuzlu şəxslərinə mədhiyyə xarakterlli meyxanalarda az deyilmir.Buda öz növbəsində meyxana həvəskarları olan bir qism gəncin beyinlərinin zəhərlənməsinə gətirib çıxardır.
Belə şəxslərdən biridə Ələkbər Yasamallıdır. Təsəvvür edin Ələkbər Yasammallı adli meyxanaçi narkotika təsiri altinda gözlərinin qarası getmiş ağı görsəndiyi vəziyyətdə zondan, krıtıdan, oğrulardan meyxanlar deyir və bu tipli meyxanaları dinləyən gənclərdə ruhlanıb”razborkalara” bıçaqla gedib qətllər,cinayətlər törədirlər. Həqiqətən də çox acınacaqlı bir durumdur. Doğurdan da Ələkbər Yasamallı kimi şəxslər nə həyat tərzləriylə, nədə ədəbiyyatdan əsər-əlamət olmayan “ədəbi janr” adlandırdıqları meyxanalarıyla gənclərimizə yaxşi nümunə yox, əksinə pis nümunə olmaqda davam edirlər.
Bir müddət əvvəl avtoqəzayla həbsdə olan tanışım mənə dedi ki, həbsxanada xeyli gənc gördüm ki, belə söyləyirdilər ”bura düşməyimizin səbəbi Baləlinin, Ələkbərin meyxanaları oldu. O qədər bratva, oğru aləmi, zondan meyxanalar dedilər ki, eləbildik buralar yağ-bal icində həyatdir”.
Bunun özü praktiki sübutdur ki, belə şəxslər gənclərə pis nümunə olurlar.
Ələkbər Yasamallının danışığına diqqət edəndə dərhal sezmək olur ki, bu adam çox zaman ayıq başla danışmır.
“Belə şəxslərin efir məkanlarına ayaq açmalarıysa başqa bir faciədir”
Ən qəribə olanı odur ki, Zaur Kamal və digər tanınmış aparıcılar belə adamları öz verlişlərinə dəvət edir,bəh-bəhlə tamaşaçılara təqdim edirlər.Dəfələrlə Ələkbər Yasamallı narkotik təsiri altında efirlərdə canlı iştirak etmişdir.Zaur Kamal kimi aparıcılara sual etmək lazımdır ki, Ələkbər Yasamallı kimi narkotik istifadəçisi olan meyxanaçıları narkotik təsiri altinda olduğu halda verlişə dəvət etməyinizin məqsədi nədir?Belə şəxslərin təbliğini sizə kim tapşirib? Düşünürəm ki, artıq belə hallar baş verdikdə hüquq mühafizə orqanlarının ciddi müdaxiləsinə zəruri ehtiyac vardir. Əks halda bu,narkotikani,cinayətkar aləmini, İran Fars molla ideologiyasını təbliğ edən meyxanaçılardan hələ cəmiyyətimizə çoxlu fəsadlar gələcəkdir.
Bugün Sosial şəbəkələrdə Ələkbər Yasamallının yayılmış yeni videosunda görünən odur ki, yenədə narkotika təsiri altında danışır. Bu,videoda Ələkbər onun yaxın qohmunu qətlə yetirən digər “örnək” meyxanaçı Rəşad Dağlını hələ indi yox, Rəşadın həbsxanadan cıxdıqdan sonra onunla kişi kimi düşməncilik edəcəyindən bəhs edir.
Hələ mən Rəşad Dağlının qətl törətdikdən sonra meyxana həvəskarları tərəfindən az qala “milli qəhrəman” səviyyəsinə qaldırımasından bəhs etmirəm. Buda tamam başqa bir dərddir.Bəhs etdiyim videoda isə Ələkbər Yasamallının gözlərinə və nitqinə diqqət etməyinizi tövsiyyə edirəm.
Gənclərimizə meyxanadan uzaq durub coxlu müxtəlif ədəbiyyatlar mütaliə etməyi, idman kimi özlərinə və cəmiyyətimizə fayda verən işlərlə məşğul olmağı tövsiyyə edirəm.
Ramal Ədioğlu