Ancelina Colinin Türkiyə və Suriyaya yardım çağırışı


ABŞ-lı aktrisa Ancelina Coli Kahramanmaraşda 'əsrin fəlakəti' olaraq xarakterizə edilən zəlzələdən sonra Türkiyə və Suriyaya yardıma çağırıb.

Coli İnstaqram hesabındakı paylaşımda Suriyada axtarış-xilasetmə işləri aparan bir işçinin videosunu paylaşaraq “Bizim köməyinizə ehtiyacımız var” deyib.
Yazıda həmçinin Kahramanmaraşda dağıntılar altında həyatını itirən atanın qızının əlindən tutduğu foto, Hatayın pilotsuz təyyarə ilə çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən bir kadr da yer alıb.
Xeyriyyə kampaniyasının linkini də izləyiciləri ilə paylaşan məşhur aktrisa, "Ürəyim Suriya və Türkiyə xalqının yanındadır. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər. belə ki, həyatlarını xilas etmək üçün səylərini davam etdirə bilsinlər”. qeydi əlavə etdi.

Çox oxunanlar