Dövlət başçısının mətbuat katibi qeyd edib ki, Rusiya rəsmilərindən heç biri belə bir söz deməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın guya İrəvanı İttifaq dövlətinə qoşulmağa məcbur etməsi barədə bəyanatı təxribata bənzəyir. “Belə bəyanatları təxribat xarakterli hesab etmək olar. Bunlar reallığa uyğun gəlmir”, - deyə Rusiya prezidentinin mətbuat katibi erməni nəşrinin sorğusuna cavab olaraq bildirib. Peskovun qeyd etdiyi kimi, Rusiya rəsmilərindən heç biri belə bir söz deməyib və bunu Ermənistan tərəfinə ötürməyib. Xəbərdə izah olunur ki, Qriqoryan bir müddət əvvəl Rusiyanın Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etdiyini açıqlamışdı. Bundan əlavə, o, iddia edir ki, Moskva İrəvanı Azərbaycana suveren ərazisindən dəhliz verməyə məcbur edir. Respublikanın Təhlükəsizlik Şurasının katibi Laçın dəhlizinin bağlanmasını Rusiyanın Ermənistana təzyiqinin elementi adlandırıb.
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30