Moskva, Əliyev-Paşinyan görüşünü təşkil etməyə hazırlaşır

  Kreml Paşinyan və Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi görüşü çərçivəsində görüşə biləcəyini istisna etmirik. Moskva, Ermənistan və Azərbaycan liderlərinin Rusiya ərazisində növbəti görüşünə hər cür kömək etməyə hazırdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin ilin sonuna qədər Rusiyada növbəti görüşünün mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
“Rusiya, təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq.
Eyni zamanda, Peskov belə bir görüşün Sankt-Peterburqda MDB ölkələrinin başçılarının ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi görüşü çərçivəsində baş tuta biləcəyini istisna etməyib.
"MDB sammitinin Yeni il öncəs Sankt-Peterburqda keçirilməsi ideyası var. Razılaşmalar sinxronlaşdırıldıqdan sonra biz müvafiq açıqlama verəcəyik. Anlaşma olarsa, sizə məlumat verəcəyik", - deyə Peskov əlavə edib.
Bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşündən sonra bildirmişdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü raundu ilin sonuna qədər baş tuta bilər. Və sənədin artıq Ermənistan tərəfinə təqdim olunduğunu bildirib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan çərşənbə günü parlamentdə keçirdiyi brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan liderləri arasında görüş platforması kimi Brüssellə məhdudlaşmaq düzgün deyil. Eyni zamanda o, yeni görüşlə bağlı heç bir məlumat verməyib.

Çox oxunanlar