Tağı Əhmədov səhhəti ilə əlaqədar yayılan məlumatlarla bağlı Protest.az a danışdı

Bu gün bir sıra saytlarda Metropolitenin keçmiş rəisi Tağı Əhmədov səhhətinin ağır olması ilə bağlı bir sıra məlumatlar yayılmışdır. Yazılarda Əhmədovun vəziyyətinin qəfil ağırlaşması ilə bağlı bu gün onun şəhər klinikalarından birinə yerləşdirilməsi də qeyd olunurdu. Protest.az ın əməkdaşı bu gün Tağı Əhmədovun özü ilə telefonla danışıb. O deyib: "Səhhətimlə bağlı ayaqlarımda problem çoxdan var. Və mən uzun müddətdir ki, bunula əlaqədar müalicə alıram. Sonuncu dəfə müalicə kursunu Türkiyədə aldım. İndi Vətənə döndükdən sonra buradakı klinikaların birində davam elətdirirəm. Hal -hazırda özümü yaxşı hiss edirəm. Məndən dostlara salam deyin"

Xəbər lenti
Çox oxunanlar