Etibar Hüseynov: "İran mollabaşlarına müraciətim..."

İranın bizdəki mollabaşları, yaxın oturun. Sizə suallarım var. 
Bax, Qarabağ savaşında neçə-neçə yəhudi, rus şəhid olub. Aralarında qazax, gürcü, çeçen hətta bir anası erməni olanı da var. Bəs 35 milyonluq İrandan ( mən hələ şəhid olmağı qoyuram bir kənara) neçə nəfər gəlib əlinə silah alıb vuruşdu? Gördünüzmü, eşitdinizmi belə birisi haqda? ət-Tövbə mən görmədim və eşitmədim.Elə isə nə əl qatıbsız özünüzə? Nə süvənçilik salıbsız?  
**"
Sonuncu 44 günlük müharibədə, o müharibədə ki, Azərbaycanın mövcudluğu sual altında idi, neylədi sizin İran və bizim cənublu soydaşlarımız? Dövlət səviyyəsində hər cür alçaq təxribata əl atdılar, erməniyə silah göndərdilər. Soydaşlarımız da Arazın kənarında durub "bəhh, bəhh, bəhh" deməkdən başqa neylədilər ki? İranın, Azərbaycana qarşı etdiyi şərəfsizliyə qarşı hansı etiraz aksiyası keçirdilər ki? Bəlkə Azərbaycan səfirliyinə hücum edib gülləbaran edəndə səslərini qaldırdılar?
*
 O iranlı soydaşlarınız indiyə qədər stadionlara toplaşıb "traxtur, traxtur" qışqırmaqdan başqa neyləyibər ki? Hansı yaralı barmağımıza dərman olublar?  Sənə saqqızdan, aftafadan, narkotikdən, şallax və zəncirdən  başqa nə göndəriblər, ay bədbaxt? Hansı beynəlxalq tribunada sənə dəstək olub bu İran? Müharibədən dərhal sonra Təbrizdə Ermənistan, Zəngəzurda İran konsulluğunu açan bəs kim idi? "Ermənistan və Zəngəzur bizim üçün qırmızı xəttidir" deyən, və.s və.i.Hansı birini deyim, hansını söyləyim?
*
35 milyondular e, a kişi. 35 milyon. İranda 35 milyon erməni yaşasaydı, və prezidentləri də erməni olsaydı İranın altını üstünə çevirirdilər e, bizim də  külümüzü göyə sovurardılar. Hələ 2 milyondular, başımıza 100 oyun açırlar, gör 35 olsalar neyləyərdilər. Bəlkə yalan deyirəm?
*
İndidə gələk bütün günü İsraili lənətləyib, yəhudilərə bəddua edən "aftafabaş"lara. Tək müharibə devrini demirəm, elə elə yaxın,  və ya  lap elə uzaq tarixi götürək; İsraildən bizə xeyirdən başqa, nə ziyan dəyib ki? O kitab dəftərlərdə yazılan nağıl və rəvayətləri qatlayıb qoyun cibinizə e, sualıma konkret cavab verin. 
*
Mənim gördüyüm  və bildiyim budur ki, son 30 il ərzində İsrail dövləti, qardaş dediyimiz Türkiyə ilə bərabər (TAM BƏRABƏR SƏVİYYƏDƏ ) bizi bütün beynəlxalq təşkilatlarda müdafiə edib. 44 günlük müharibə dövründə də ordumuzu savaşın taleyini həll edən ən müasir silahlarla təmin edib. Buna görə də onlara sonuna qədər duaçı olmalıyıq. O silahlar olmasaydı şəhidlərimizin sayı ən azından birə-beş artıq olardı. İndi İsrailin İranda, Fələstində, Misirdə, nə bilim yerdə-göydə, dənizin dibində nə eləməsinin mənə nə dəxli? 
*
O, pinti, bədəvi, vəhşi ərəb heç vaxt adam olmayıb və olmayacaq da. İsraillə də nə davaları var, özləri bilər. Bundan sənə nə, mənə nə? O boyda ərəb dünyası qalıb bir kənarda, bunlar Fələstin dərdi çəkən olublar. Öz dərdimizi çəkib qurtardıq, qaldı ərəbinki. Digər tərəfdən də bu İran, Fələstin üçün sinəsini cıranlardan hansı birinin qulağından tutub desən ki: gəl göndərim səni, get orada vuruş", inanın ki, hamısı tülkü kimi qaçıb gizlənər. Bəlkə düz demirəm?
*
 Ona görə də qardaşlar, ağır günümüzdə kim yanımızda olubsa, bu gün biz də məhz onun yanında olmalıyıq. Qalanın boş verin. Heç vecinizə də almayın. Necə ki, vaxtı ilə veclərinə də olmayıbsız..

Xəbər lenti
Çox oxunanlar