31 yanvar 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr keçirilib.
Bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, bu dinləmələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi nəticəsində “artan itkilərin qarşısını almaq üçün təcili tədbirlər görmək” məqsədilə Azərbaycanın Məhkəməyə 4 yanvar 2023-cü il tarixli ikinci müraciəti ilə əlaqədar təşkil olunub. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra böyük əksəriyyətinin mülki şəxslər, o cümlədən 3 jurnalist olmuş 282 nəfər azərbaycanlı mina və ya digər partlayıcı qurğuların qurbanı olub.
Azərbaycanın müraciətində Ermənistan tərəfindən 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş məlumatlara zidd olaraq və hətta 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanata əsasən bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra belə, Azərbaycan ərazisində minalar yerləşdirməyə davam etdiyini göstərən yeni sübutlar əks olunub. Azərbaycanda 2022-ci ilin avqustundan etibarən 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar edilib. Ermənistanın davranışı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın və digər beynəlxalq qanunlar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00