Rusiyada Mi-8 helikopteri qəzaya uğradı

Rusiyanın Bryansk vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb.
"Protest" xəbər verir ki, hadisə vilayətin Klintsı şəhərində baş verib. İlkin məlumatlara görə, qəza helikopterin mühərrikinin yanması nəticəsində baş verib.
Teleqram kanallarında helikopterin havada olarkən partladığı videogörüntülər yayılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar