Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Əliyevin səlahiyyət müddəti başa çatıb.
protest.az xəbər verir ki, təxminən 2 il Qarsda Azərbaycanın Baş konsulu vəzifəsində çalışan Zamin Əliyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar İğdıra vida səfəri edib.
Zamin Əliyev İğdırda jurnalistlərlə görüşüb.
Xatırladaq ki, Zamin Əliyev 18 noyabr 2024-cü il tarixində Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdi.
Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə magistraturasını bitirib.
2001-2005-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi olub.
2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi işləyib.
2008-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi vəzifələrini tutub.
2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru olub.
2017-2024-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində birinci katib, şöbə müdiri, rəis müavini işləyib.
18 noyabr 2024-cü il tarixində Qarsa baş konsul göndərilib.
Türk, ingilis və rus dillərini bilir.
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00