Binəqədidə zibil poliqonunu xatırladan ərazi ilə bağlı RƏSMİ AÇIQLAMA

Binəqədidə zibil poliqonunu xatırladan ərazi ilə bağlı açıqlama verilib.
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən adlandırılan ərazidə tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, ərazinin qısa zamanda tullantılardan təmizlənməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıq verilib:
“Hazırda ərazidə müvafiq qurumlar tərəfindən təmizlik işləri aparılır”.
Q.Ağayevin sözlərinə görə, ərazinin mülkiyyətçisi dəqiqləşdirildikdən sonra qanunvericiliyə uyğun tədbir görüləcək.

Xəbər lenti
Çox oxunanlar