Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və soyuq silah qismində 5 ədəd bıçaq olduğu müəyyən edilib.
Aşkar edilmiş sursat və soyuq silahlar ərazidən götürülərək kənarlaşdırılıb.
Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında XRXX-nin minalardan təmizləmə üzrə çevik qrupu Siyəzən şəhərində aşkar edilmiş döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarasını müvafiq qaydada ərazidən götürərək kənarlaşdırıb.
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00