Dənizkənarı Bulvar İdarəsindən Maqomayevin abidəsi ilə bağlı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Dənizkənarı Milli Parkda Müslüm Maqomayevin abidəsi önündə quraşdırılan lövhədə problem yaranıb.

Ziyarətçilər lövhədəki düymələri sıxsalar da, M.Maqomayevin mahnılarını dinləyə bilmirlər.
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva məlumat verib ki, abidənin texniki baxımına daim nəzarət olunur, lakin bayram günlərində çox sayda insanın düymələri sıxması bəzən problen yaradır: "Biz daim nəzarət edirik. Ola bilər bayram günlərində düymələr çox sıxılıb. Hazırda işlək vəziyyətdədir. Bəzən fasilə yaransa da, texniki baxımdan heç bir problemi olmamalıdır".

Çox oxunanlar