KƏRAMƏT BÖYÜKÇÖL : GENERALIMIZ, CANLI ƏFSANƏMİZ

Azərbaycan xalqı 30 ildir deyinə-deyinə işğal günlərini qeyd edirdi. Bu gün isə Zəfər Günüdür. Bu günü bizə bəxş edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 

General Hikmət Mirzəyevlə isə Azərbaycanı qəlbən sevən hər kəs qürur duyur. Sevinirəm ki, şəklini paylaşanda, sevgimizi və sayğımızı bildirəndə kiminsə ağız büzmədiyi, kiminsə təmənnalıdır, yaltaqlanır demədiyi yaşayan bir generalımız, canlı əfsanəmiz var.

Ərazilərimizin tam olaraq işğaldan azad edilməsi və rus "sülhməramlıları"nın ölkəmizdən çıxarılması arzusu ilə o taylı, bu taylı bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə ilə təbrik edirəm.

Bayramımız mübarək olsun!

Xəbər lenti
Çox oxunanlar